5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr

Bu gün bp “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” adlı yeni bir kitabı ictimaiyyətə təqdim edib. bp-nin maliyyəsi ilə nəşr olunmuş kitabın əsas məqsədi geniş oxucu ictimaiyyətinin Azərbaycanın ilk demokratik dövlətinin tarixinə marağını və həmin dövr barədə məlumatlılığını artırmaqdır.

21 Yanvar 2026 15:14
Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr

BAKI, AzerVoice

Bu gün bp “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” adlı yeni bir kitabı ictimaiyyətə təqdim edib. bp-nin maliyyəsi ilə nəşr olunmuş kitabın əsas məqsədi geniş oxucu ictimaiyyətinin Azərbaycanın ilk demokratik dövlətinin tarixinə marağını və həmin dövr barədə məlumatlılığını artırmaqdır.

AzerVoice xəbər verir ki, yeni nəşrdə Şərqdə ilk demokratik parlament respublikası olan və sovet Rusiyası tərəfindən devrilənə qədər cəmi 23 ay mövcud olmuş Azərbaycan Demokratik Respublikası (ADR) haqqında diqqətlə seçilmiş və geniş ictimaiyyətə az məlum olan 100 fakt toplanıb.

Kitab oxuculara ADR haqqında qısa, maraqlı və etibarlı mənbələrə əsaslanmış tarixi məlumatlar təqdim edir. Hər bir fakt ADR-in parlament iclaslarının stenoqramları və hökumət qərarları da daxil olmaqla, sənədlərin əslinə əsaslanır ki, bu da məlumatların dəqiqliyini və həqiqiliyini təmin edir.

Nəşrdə “İstiqlal Bəyannaməsini kim qələmə alıb?”, “Milli Şura niyə ilk Azərbaycan parlamenti sayılmalıdır?”, “Azərbaycanın dövlət himni ilk dəfə nə vaxt səslənib?”, “Azərbaycanın Dövlət Gerbini kim yaradıb?”, “Kimlər İrəvanın verilməsinə etiraz etmişdilər?” kimi mühüm suallar, eləcə də bir çox digər mövzulara aid çox maraqlı məlumatlar var.

Kitaba həmçinin 25 orijinal illüstrasiya da daxil edilib, bu da nəşri vizual baxımdan cəlbedici edir və məktəblilər, tələbələr, eləcə də Azərbaycan tarixi ilə maraqlanan hər kəs üçün əlçatan edir.

Kitabın təqdimatı münasibətilə bp-nin təşkil etdiyi tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə işıq salan bu mühüm layihəni dəstəkləməkdən həqiqətən qürur duyuruq. Təqdim etdiyimiz yeni kitab faktları qısa və maraqlı bir formada təqdim etməklə tarix haddında bilgiləri cəmiyyətin hər bir üzvü üçün əlçatan edir və Azərbaycan Xalq Cümhuriyyətinin irsinin uzun illər ərzində qorunub yaşamasına töhfə verir.”

192 səhifəlik bu nəşr xüsusilə uzun mətnlərə diqqətin azaldığı indiki dövrdə müasir oxucuların marağını cəlb edəcək şəkildə hazırlanıb. Kitab ADR-in mövcud olduğu qısa dövr ərzində qəbul etdiyi mühüm qərarlar və həyata keçirdiyi əsas fəaliyyətləri əhatə etməklə oxuculara qısa bir tarixi səyahət təqdim edir.

Kitabın müəllifi tarix mövzusunda podkastların müəllifi kimi tanınan və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən “Fərdi jurnalist müsabiqəsi”nin dördqat qalibi olan Ayaz İlyasovdur.

Layihənin ümumi dəyəri 25995 AZN (15291 ABŞ dolları) təşkil edib.

Layihə “Altun Kitab” MMC tərəfindən icra olunub.

Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birinə həsr olunmuş nəşr
Məqalədə: #Azərbaycan #bp #Sovet İttifaqı #Azərbaycan Xalq Cümhuriyyəti #Azərbaycan Demokratik Respublikası

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.