7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin rəhbər şəxsləri arasında görüş keçirilib. H.Abbasov Agentliyin fəaliyyət istiqamətləri, özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqamətində işsiz və işaxtaran şəxslərə təqdim olunan zərflər barədə məlumat verərək, bu mövzuda birgə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.

23 Yanvar 2026 10:51
Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin rəhbər şəxsləri arasında görüş keçirilib.

AzerVoice xəbər verir ki, görüşdə Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov, Mərkəzin direktoru Anar Cəfərov, eləcə də hər iki qurumdan aidiyyəti üzrə nümayəndələr iştirak ediblər.

Birgə əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə kənd təsərrüfatı istiqamətində peşə kurslarının təşkili, fermerlərə dövlət dəstəyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

H.Abbasov Agentliyin fəaliyyət istiqamətləri, özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqamətində işsiz və işaxtaran şəxslərə təqdim olunan zərflər barədə məlumat verərək, bu mövzuda birgə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.

A.Cəfərov regionlarda keçirilən Aqrar Biznes Festivallarının yalnız məhsulların tanıdılması və bazara çıxış imkanlarının genişləndirilməsi ilə məhdudlaşmadığını, eyni zamanda kənd yerlərində məşğulluğun təşviqi, peşə bacarıqlarının inkişafı və özünüməşğulluq imkanlarının artırılması baxımından effektiv platforma rolunu oynadığını qeyd edib.

Görüşdə bölgələrdə keçirilən “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələrində Dövlət Məşğulluq Agentliyinin də mütəmadi iştirakının məşğulluq, özünüməşğulluq və peşə hazırlığı sahəsində mövcud imkanların fermerlər və kənd əhalisi üçün daha dolğun şəkildə çatdırılmasına töhfə verdiyi bildirilib.

Müzakirələr zamanı Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi tərəfindən regionlarda aqrar və məşğulluq sahəsini əhatə edən tədbirlərin təşkili məsələləri razılaşdırılıb. Həmçinin, qarşılıqlı əlaqələrin gücləndirilməsi və birgə layihələrin icrası istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib
Məqalədə: #Dövlət Məşğulluq Agentliyi #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Kənd Təsərrüfatı Nazirliyi #Aqrar İnnovasiya Mərkəzi #aqrar məşğulluq #kənd yerlərində məşğulluq #Aqrar Biznes Festivalları

Mövzu üzrə digər xəbərlər

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub
İqtisadiyyat

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

31 Avqust 19:32
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb
İqtisadiyyat

Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

27 İyul 18:29
Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
İqtisadiyyat

Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir

27 İyul 18:11
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib

24 İyul 13:34

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.