8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Nazirliyin süni intellekt layihələri beynəlxalq “GovMesh Horizons” hesabatına daxil edilib

Sinqapurun “GovInsider” təşkilatı tərəfindən hazırlanmış “GovMesh Horizons” beynəlxalq hesabatında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya və süni intellekt tətbiqləri üzrə təcrübəsi yer alıb. Hesabatda 2025-ci ildə müxtəlif ölkələrdə rəqəmsal idarəetmə sahəsində əldə olunan qabaqcıl təcrübələr təqdim olunub. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi layihələrə xüsusi diqqət ayrılıb.

23 Yanvar 2026 22:21
Nazirliyin süni intellekt layihələri beynəlxalq “GovMesh Horizons” hesabatına daxil edilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Sinqapurun “GovInsider” təşkilatı tərəfindən hazırlanmış “GovMesh Horizons” beynəlxalq hesabatında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya və süni intellekt tətbiqləri üzrə təcrübəsi yer alıb.

AzerVoice xəbər verir ki, hesabatda 2025-ci ildə müxtəlif ölkələrdə rəqəmsal idarəetmə sahəsində əldə olunan qabaqcıl təcrübələr təqdim olunub. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi layihələrə xüsusi diqqət ayrılıb.

Hesabatda Nazirliyin “e-sosial” portalı çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə süni intellekt əsasında tətbiq edilən “iDost” rəqəmsal köməkçi xidməti, eləcə də əlillik təyinatı üzrə elektron sistemdə istifadə olunan süni intellekt əsaslı alqoritmlər nümunə kimi göstərilir.

Beynəlxalq hesabatda Azərbaycanla yanaşı, İndoneziya, İslandiya, Yaponiya, Litva, Niderland, Koreya və digər ölkələr daxil olmaqla ümumilikdə 11 ölkənin rəqəmsal transformasiya sahəsində nailiyyətləri işıqlandırılıb.

Qeyd olunub ki, “GovMesh” təşəbbüsünün əsas məqsədi rəqəmsallaşma sahəsində qabaqcıl təcrübələrin paylaşılması, mövcud çağırışların müzakirəsi və dövlət qurumları arasında yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasıdır.

Nazirliyin süni intellekt layihələri beynəlxalq “GovMesh Horizons” hesabatına daxil edilib
Məqalədə: #Nazirliyin süni intellekt layihələri beynəlxalq hesabatda yer aldı #Azərbaycan GovMesh Horizons hesabatında təmsil olunub #DOST Mərkəzinin rəqəmsal təcrübəsi beynəlxalq səviyyədə tanındı #iDost rəqəmsal köməkçisi beynəlxalq hesabatda nümunə kimi göstərildi #Azərbaycanın sosial sahədə süni intellekt tətbiqləri diqqət çəkdi #Rəqəmsal transformasiya sahəsində Azərbaycan ön sıralarda #Azerbaycan’ın yapay zeka projeleri uluslararası raporda #GovMesh Horizons raporunda Azerbaycan örneği #DOST Merkezi’nin dijital dönüşüm deneyimi öne çıktı #iDost dijital asistanı küresel rapora girdi #Azerbaycan sosyal alanda yapay zekayla dikkat çekiyor #GovInsider raporunda Azerbaycan vurgusu

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.