8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanda mədəni irsin korlanması və məhv edilməsinə görə məsuliyyət sərtləşdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli qanuna əsasən, 2026-cı il fevralın 1-dən etibarən ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qaydalar qüvvəyə minir.

2 Fevral 2026 09:42
Azərbaycanda mədəni irsin korlanması və məhv edilməsinə görə məsuliyyət sərtləşdirilir
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli qanuna əsasən, 2026-cı il fevralın 1-dən etibarən ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qaydalar qüvvəyə minir.

Bu barədə AzerVoice-a Mədəniyyət Nazirliyi məlumat verib.

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən:

  • “Tarix və mədəniyyət abidələri” sözləri “mədəni sərvətlər” sözləri ilə əvəz edilərək anlayışlarda dəqiqləşdirilmə aparılmış;
  • Beynəlxalq təcrübə nəzərə alınaraq daşınar və daşınmaz mədəni sərvətlərə qarşı törədilən cinayətlərin xarakteri və tətbiq olunan cəzalar fərqləndirilmiş;
  • Mədəni sərvətlərə münasibətdə “korlama” və “məhv etmə” əməllərinin və mütənasib olaraq həmin əməllərə görə tətbiq edilən cəzalar fərqləndirilmiş;
  • Mədəni sərvətlər ilə bağlı cinayət əməllərinə görə hüquqi və vəzifəli şəxslərin də cinayət məsuliyyəti müəyyən edilmiş;
  • “Mədəni sərvətlərin ehtiyatsızlıqdan məhv edilməsi” əməlinin cinayət məsuliyyətinə səbəb olması müəyyən edilmiş və Cinayət Məcəlləsinə müvafiq maddə (246-1) əlavə edilmiş;
  • Mədəni sərvətlərin korlanması və məhv edilməsi üzrə əməllər birmənalı şəkildə cinayət məsuliyyətinə səbəb olması ilə bağlı İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq Cinayət Məcəlləsinə əlavə edilmiş;
  • İnşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsi, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 231.3-2-ci maddə əlavə edilmiş;
  • Yalnız xüsusi mühafizə dərəcəsi tətbiq olunan deyil, dövlət tərəfindən mühafizə olunan bütün mədəni sərvətlərə qarşı törədilən əməllərə tətbiq olunan sanksiyalar proporsionallaşdırılmışdır.


Qeyd edək ki, yeni qaydalar mədəni irs xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qorunmasının hər bir vətəndaşın və cəmiyyətin ümumi məsuliyyəti olduğunu bir daha vurğulayır.

Bu sahədə hüquqi məsuliyyətin gücləndirilməsi isə mədəni irsin qorunmasına dövlət səviyyəsində verilən xüsusi əhəmiyyətin göstəricisidir.

Azərbaycanda mədəni irsin korlanması və məhv edilməsinə görə məsuliyyət sərtləşdirilir
Məqalədə: #Azərbaycan #Prezident İlham Əliyev #Mədəniyyət Nazirliyi #İnzibati Xətalar Məcəlləsi #Azərbaycan Respublikası Cinayət Məcəlləsi

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.