5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirə iştirakçıları tərəfindən XRİTDX-nin inzibati binasında yerləşən Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi böyük ehtiramla anılmışdır. Həmçinin, iştirakçılar tərəfindən müşavirənin başlanğıcında Ümummilli lider Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

2 Fevral 2026 12:16
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Müşavirə iştirakçıları tərəfindən XRİTDX-nin inzibati binasında yerləşən Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi böyük ehtiramla anılmışdır.

Həmçinin, iştirakçılar tərəfindən müşavirənin başlanğıcında Ümummilli lider Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra müşavirədə informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, xüsusi və dövlət rabitəsi üzrə görülən işlər, həyata keçirilən layihələr, əldə olunan nəticələr və qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə olunub.

Tədbiri giriş nitqi ilə açan XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev qeyd edib ki, hesabat dövründə ölkədə informasiya təhlükəsizliyi mühitinin gücləndirilməsi, dövlət informasiya ehtiyatlarının qorunması, kritik informasiya infrastrukturlarının dayanıqlığının artırılması ilə yanaşı, xüsusi dövlət rabitə sistemlərinin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən informasiya təhlükəsizliyi sahəsinə göstərilən diqqət və dəstək nəticəsində XRİTDX-nin institusional və texnoloji imkanları genişlənib, müasir rabitə infrastrukturu daha da gücləndirilib və beynəlxalq əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

İlqar Musayev çıxışında bildirib ki, hesabat dövründə dövlət informasiya resurslarının və istifadəçi mühitinin qorunması istiqamətində tətbiq edilən texnoloji həllər real nəticələrlə müşayiət olunmuşdur. O qeyd edib ki, “AzStateNet” şəbəkəsi üzrə istismara verilmiş yeni nəsil mühafizə avadanlığı vasitəsilə 450 milyona qədər zərərli keçid bloklanmış, o cümlədən onların 96.000 “Sandbox” mühafizə sistemi tərəfindən zərərverici tərkibli sənədlər kimi aşkarlanaraq zərərsizləşdirilmişdir.

Xidmət rəisi müşavirə iştirakçılarının diqqətinə çatdırıb ki, dövlət qurumlarının son istifadəçilərinin təhlükəsizliyinin təmin olunması məqsədilə Xidmət tərəfindən 93 dövlət qurumunu əhatə edən, ümumilikdə 55 min istifadəçi üçün mərkəzləşdirilmiş antivirus lisenziyası təqdim edilmişdir. Həmin sistem vasitəsilə 2025-ci il ərzində 6 205 200 zərərli aktivliyin qarşısı alınmışdır ki, bu da ötən illə müqayisədə təxminən 50,8% azalma deməkdir.

İlqar Musayev əlavə edib ki, Xidmət tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidməti üzrə 2025-ci il ərzində 17 milyondan artıq elektron məktub emal edilmiş, onların 12 milyonu istifadəçilərə çatdırılmış, 5 milyondan artıq məktub isə zərərli tərkibli olması səbəbindən bloklanmışdır. Bu göstəricinin 2024-cü illə müqayisədə təxminən 38,5% artım təşkil etdiyi vurğulanıb.

Bununla yanaşı, müşavirədə xüsusi rabitə infrastrukturunun modernləşdirilməsi, dövlət orqanları arasında mühafizə olunan rabitə kanallarının etibarlılığının artırılması, məlumat ötürülməsi proseslərinin təhlükəsizliyinin təmin edilməsi və rabitə sistemlərinin ehtiyatlılıq və davamlılıq mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm layihələr müzakirə olunub.

Hesabat dövründə kadr hazırlığı və bilik mübadiləsi istiqamətində mühüm nəticələrin əldə olunması qeyd edilib. Müşavirədə XRİTDX-nin təşəbbüsü ilə ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, praktik yönümlü təlim və laborator mühitlərinin yaradılması istiqamətində konkret tapşırıqlar verilib.

Müşavirə zamanı Xidmətin struktur bölmələri üzrə məsul şəxslərin hesabatları dinlənilib, görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumat verilib, mövcud vəziyyət təhlil edilərək qarşıda duran vəzifələr müəyyən edilib.

Müşavirəyə yekun vuran Xidmət rəisi general-leytenant İlqar Musayev cari ildə qarşıda duran vəzifələrin icrası, xüsusi rabitə infrastrukturunun daha da gücləndirilməsi, texnoloji imkanların artırılması, insan resurslarının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
Məqalədə: #Azərbaycan #Prezident İlham Əliyev #Ümummilli Lider Heydər Əliyev #XRİTDX #AzStateNet təhlükəsizlik #Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) #İlqar Musayev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.