7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qarabağ DOST Evi benefisiarlarının sayı 100-ü ötüb

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi filialına növbəti qəbul prosesi keçirilib. Bərdə rayonu və Tərtər şəhəri üzrə müraciət edən həssas əhali qruplarına aid 43 vətəndaşın bacarıqları Qiymətləndirmə Komissiyası tərəfindən nəzərdən keçirilib.

17 Mart 2026 10:39
Baku
Qarabağ DOST Evi benefisiarlarının sayı 100-ü ötüb

BAKI, VOA

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi filialına növbəti qəbul prosesi keçirilib. Bərdə rayonu və Tərtər şəhəri üzrə müraciət edən həssas əhali qruplarına aid 43 vətəndaşın bacarıqları Qiymətləndirmə Komissiyası tərəfindən nəzərdən keçirilib.

VOA xəbər verir ki,yaradıcılıq potensialı müsbət qiymətləndirilən 40 nəfər müəssisədə müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb edilib. Bununla da Bərdədəki Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən filialın ümumi benefisiar sayı 106 nəfərə çatıb.

Onlar xalçaçılıq, toxuma və tikmə, floristika, təsviri incəsənət, bədii oyma, kulinariya və musiqi istiqamətləri üzrə peşəkar təlimlərdə iştirak edərək öz bacarıqlarını təkmilləşdirirlər. Benefisiarlar həmçinin fəal şəkildə müxtəlif sərgi və konsert layihələrində çıxış edərək yaradıcılıqlarını nümayiş etdirirlər.

Qarabağ “DOST Evi”nin xidmətlərindən əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvləri yararlana bilərlər.

Qəbul üçün DOST mərkəzləri və ya Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət etmək kifayətdir. Mərkəzin rəsmi sosial media hesabları və ya "142" Çağrı Mərkəzi vasitəsilə əlavə məlumat almaq olar.

Məqalədə: #DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi #Qarabağ DOST Evi

Mövzu üzrə digər xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Texnologiya

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu

6 Sentyabr 23:00
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib
Cəmiyyət

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib

6 Mart 21:27
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 920-dən çox benefisiara xidmət göstərilib
Cəmiyyət

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 920-dən çox benefisiara xidmət göstərilib

13 Fevral 16:29

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.