8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb

Səfər çərçivəsində nazir Məcnun Məmmədov əvvəlcə Əlincəçay-Bənəniyar su kanalına və Bənəniyar su anbarına baxış keçirib. Nazirə məlumat verilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Əlincəçaydan su götürən və Culfa rayonu ərazisində yerləşən Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması işləri davam etdirilir. Layihə çərçivəsində ümumilikdə 6 550 metr uzunluğunda kanalın yenilənməsi nəzərdə tutulur.

3 Aprel 2026 09:59
Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb

BAKI,VOA

Naxçıvan Muxtar Respublikasında səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

VOA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Məcnun Məmmədov əvvəlcə Əlincəçay-Bənəniyar su kanalına və Bənəniyar su anbarına baxış keçirib. Nazirə məlumat verilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Əlincəçaydan su götürən və Culfa rayonu ərazisində yerləşən Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması işləri davam etdirilir. Layihə çərçivəsində ümumilikdə 6 550 metr uzunluğunda kanalın yenilənməsi nəzərdə tutulur.

Daha sonra nazir Məcnun Məmmədov Ordubad rayonunun Dəstə kəndində təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb. Görüşdə əsasən qurulacaq su infrastruruna paralel olaraq, kooperativlərin yaradılması, torpaq və su resurslarından səmərəli istifadə edilməsi məsələləri müzakirə edilib. Ardınca aqrar sahəyə dövlət dəstəyi tədbirləri, kənd təsərrüfatının inkişafı, suvarma sistemlərinin genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti mənbəyi Araz çayı olan “Araz-1” və “Araz-2” nasos stansiyalarının yenidənqurma işləri və su xəttinin çəkilişi prosesi ilə də tanış olublar. Səfər iştirakçılarına məlumat verilib ki, bu nasos stansiyaları vasitəsilə Babək rayonunun Nehrəm qəsəbəsi, Araz və Çeşməbasar kəndlərinin torpaq sahələri suvarılır. Hazırda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq layihə üzrə tikinti işləri mərhələli şəkildə davam etdirilir. Layihə tam başa çatdıqdan sonra Nehrəm qəsəbəsindəki 1000 hektar torpaq sahəsi ilə yanaşı, əlavə olaraq 2000 hektara yaxın suvarılan torpaq sahəsinin də su təminatı yaxşılaşdırılacaq.

Səfər iştirakçıları Şərur rayonunda kartof, tütün sahələrinə baş çəkib, rayonda su kanalların mövcud vəziyyəti ilə tanış olub, kənd təsərrüfatı sahələrinə suvarma suyunun səmərəli və itkiyə yol verilmədən çatdırılması üçün görülən işlərlə maraqlanıblar.

Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb
Məqalədə: #Azərbaycan #Naxçıvan #Kənd Təsərrüfatı Nazirliyi #Məcnun Məmmədov

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03

Son Xəbərlər

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.