7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda WUF13-ün ikinci günü start götürür

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü işə başlayıb.

18 May 2026 09:29
Bakıda WUF13-ün ikinci günü start götürür

BAKI,VOA

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü işə başlayıb.

VOA xəbər verir ki, dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri hesab olunan forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu göstərici WUF tarixində ən yüksək iştirak göstəricilərindən biri kimi qiymətləndirilir.

Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Forum "Dünyanı məskunlaşdırmaq: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusuna həsr olunub və qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya, şəhər dayanıqlılığı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və müasir şəhər idarəçiliyi kimi mühüm məsələləri əhatə edir.

Forumun ilk günü çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı və nazirlərin dəyirmi masası keçirilib. Həmçinin WUF13 çərçivəsində rəsmi bayraq qaldırma mərasimi təşkil olunub. Mərasimdə Birləşmiş Millətlər Təşkilatının bayrağı və Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb.

İlk gün ərzində bir sıra mühüm assambleya və sessiyalar da baş tutub. Bunlar arasında "Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti təşkilatlarının assambleyası", "Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgə yaradılması", "Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail olmaq" mövzusunda Biznes Assambleyası sessiyası, "Yenilənmiş çoxtərəfliliyi formalaşdıran yerli liderlik" mövzusunda yerli və regional hökumətlərin Ümumdünya Assambleyası, eləcə də "Şəhər rifahı üçün mənzil və hamı üçün imkanlar" və "Sosial inteqrasiya və yoxsulluğun aradan qaldırılması üçün mənzil" mövzularında sessiyalar yer alıb.

WUF13-də iştirak edən xarici nümayəndələr və ekspertlər Bakıda keçirilən forumun dayanıqlı inkişaf, rəqəmsal həllər, əlçatan yaşayış, ekoloji yanaşmalar və müasir urbanizasiya baxımından beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu bildiriblər. Onlar Azərbaycanın forumu yüksək səviyyədə təşkil etdiyini və tədbirin gələcək şəhər modellərinin formalaşdırılmasına töhfə verəcəyini vurğulayıblar.

Bakı Olimpiya Stadionunda fəaliyyət göstərən könüllülər isə iştirakçılar və media nümayəndələri üçün operativ dəstək göstərərək forumun təşkilati işinə töhfə veriblər.

WUF13-ün ikinci gününün proqramı da olduqca zəngindir. Gün ərzində əvvəlcə forumun ikinci gününə həsr olunan rəsmi açılış mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri və şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində prioritet məsələlərin müzakirəsi nəzərdə tutulur.

Bu günün əsas yeniliklərindən biri isə WUF tarixində ilk dəfə Liderlər Sammitinin proqramda yer almasıdır. Bu yeniliyin forumun beynəlxalq siyasi və strateji əhəmiyyətini daha da artırdığı qeyd olunur.

Bundan başqa, gün ərzində Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü və MINURVI-nin — Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyyəli Rəsmilər Forumunun sessiyası keçiriləcək.

Forum çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma layihələrinin də təqdimatı planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, həmçinin "yaşıl enerji zonası" istiqamətində görülən işlərin beynəlxalq iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanacağı gözlənilir.

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi imkanlarını və ölkənin qlobal əməkdaşlıq təşəbbüslərində fəal rolunu bir daha nümayiş etdirir. Forum həmçinin Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsindəki təcrübəsinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm platforma hesab olunur.

Tədbir zamanı BMT-nin rəsmi dilləri olan ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin edilir.

Məqalədə: #BMT #UN-Habitat #Ümumdünya Şəhərsalma Forumu #WUF13

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.