7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi

Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi Paris şəhərində böhran və fövqəladə hallar zamanı mədəni irsin qorunması, bərpası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərinə həsr olunmuş mühüm görüş keçirilib.

2 İyun 2026 18:01
Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi

BAKI,VOA

Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi

VOA xəbər verir ki, Paris şəhərində böhran və fövqəladə hallar zamanı mədəni irsin qorunması, bərpası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərinə həsr olunmuş mühüm görüş keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova işgüzar səfər çərçivəsində UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar Qurumunun direktoru Krista Pikkat ilə bir araya gəlib. Görüşdə silahlı münaqişələr, təbii fəlakətlər və digər fövqəladə vəziyyətlər zamanı mədəni irsin mühafizəsi sahəsində mövcud çağırışlar və gələcək əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.

Tərəflər mədəni irs nümunələrinin təxirəsalınmaz qorunması, zədələnmiş tarixi abidələrin bərpası və mədəni sərvətlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən beynəlxalq təşəbbüsləri nəzərdən keçiriblər. Xüsusilə mədəni sərvətlərin qanunsuz daşınması və dövriyyəsinin qarşısının alınması məqsədilə region ölkələrinin mütəxəssisləri üçün təşkil olunan təlim proqramlarının və ekspert görüşlərinin əhəmiyyəti vurğulanıb.

Müzakirələr zamanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bir sıra yeni təşəbbüslər irəli sürüb. Təkliflər fövqəladə hallara hazırlığın gücləndirilməsi, mütəxəssislərin peşə hazırlığının artırılması və mədəni irsin mühafizəsi üzrə regional mexanizmlərin təkmilləşdirilməsini əhatə edib.

UNESCO-nun nümayəndəsi Krista Pikkat Türk Mədəniyyəti və İrsi Fondunun mədəni irsin qorunması, mədəni diplomatiyanın inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın təşviqi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O, təqdim edilən təşəbbüslərin gələcəkdə birgə layihələr çərçivəsində reallaşdırılması imkanlarının araşdırılmasına maraq göstərdiklərini bildirib.

Görüşdə həmçinin böhran vəziyyətlərində mədəni irsin qorunması üzrə beynəlxalq təcrübənin paylaşılması, erkən xəbərdarlıq mexanizmlərinin inkişaf etdirilməsi və humanitar məqsədlər naminə birgə fəaliyyətin genişləndirilməsi məsələləri də müzakirə olunub.

Tərəflər görüşün sonunda mədəni irsin qorunması sahəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi barədə qarşılıqlı razılıq əldə ediblər.

Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu #Beynəlxalq əməkdaşlıq #Tarixi abidələrin bərpası #mədəni irs #Mədəni diplomatiya #Paris görüşü #Böhran Vəziyyətində Qoruma #Fövqəladə Hallara Hazırlıq

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq
İraq

İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

3 Sentyabr 16:14
İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir
Digər Xəbərlər

İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

3 Sentyabr 13:50
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52

Son Xəbərlər

Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.