İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq
İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox arxeoloji artefaktın ölkəyə qaytarılması üçün genişmiqyaslı plan hazırlayıb.Bu barədə VOA İraq Xəbər Agentliyinə (INA) istinadən məlumat verir. İraq Mədəniyyət, Turizm və Qədim Əsərlər Nazirliyinin sözlərinə görə, plan mədəni diplomatiya, təhlükəsizlik tədbirləri və hüquqi mexanizmlərdən istifadəni nəzərdə tutur.
Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi
Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi Paris şəhərində böhran və fövqəladə hallar zamanı mədəni irsin qorunması, bərpası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərinə həsr olunmuş mühüm görüş keçirilib.
Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib
Türkiyənin Ərzurum Diplomatik Araşdırmaları Mərkəzi tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərində “Ortaq Mədəniyyət, Ortaq İrs” mövzusunda tədbir təşkil olunub. Tədbir Ərzurum Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib. Məlumata görə, EDAM Türkiyənin xaricdəki təmsil gücünü və regional dinamikləri yerində təhlil etmək məqsədilə sahə araşdırma proqramına başlayıb. Bu çərçivədə mərkəzin İdarə Heyətinin sədri Ergün Enginin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib.
Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspora rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov çıxışında iki ölkə arasında mövcud olan əlaqələrin tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan əsilli məşhur alimlər, sənətkarlar, sərkərdələr Misirdə, ümumiyyətlə İslam dünyasının inkişafına böyük töhfələr veriblər. Bu kontekstdə diaspora rəhbəri İslam coğrafiyasının işğalçılardan qorunmasında böyük qəhrəmanlıq göstərmiş Nurəddin əz-Zəngi və Səlahəddin Əyyubinin adlarını qeyd edib. S.Nəsirov Misir və Azərbaycan arasında coğrafi baxımdan uzaq məsafəyə baxmayaraq, hər iki ölkənin xalqlarını bir-birinə tarixən sıx elmi və mədəni əlaqələrin bağladığını diqqətə çatdırıb.
ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb
9 dekabr, 2025-ci il tarixində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edərək Təşkilatın Prezidenti Aktotı Raimkulova ilə görüşüb. Ziyarət çərçivəsində ICESCO nümayəndə heyətinə Fondun mədəni irsin tədqiqi, qorunması və təbliği istiqamətində həyata keçirdiyi layihələr təqdim edilib, elmi əməkdaşlığın genişləndirilməsi və institusional tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində vacib məsələlər müzakirə olunub.