6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib

Türkiyənin Ərzurum Diplomatik Araşdırmaları Mərkəzi tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərində “Ortaq Mədəniyyət, Ortaq İrs” mövzusunda tədbir təşkil olunub. Tədbir Ərzurum Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib. Məlumata görə, EDAM Türkiyənin xaricdəki təmsil gücünü və regional dinamikləri yerində təhlil etmək məqsədilə sahə araşdırma proqramına başlayıb. Bu çərçivədə mərkəzin İdarə Heyətinin sədri Ergün Enginin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib.

6 May 2026 11:06
Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib

BAKI,VOA Orxan Qədirzadə

Türkiyənin Ərzurum Diplomatik Araşdırmaları Mərkəzi (EDAM) tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərində “Ortaq Mədəniyyət, Ortaq İrs” mövzusunda tədbir təşkil olunub.

VOA xəbər verir ki, tədbir Ərzurum Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib.

Məlumata görə, EDAM Türkiyənin xaricdəki təmsil gücünü və regional dinamikləri yerində təhlil etmək məqsədilə sahə araşdırma proqramına başlayıb. Bu çərçivədə mərkəzin İdarə Heyətinin sədri Ergün Enginin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib.

Heyət Azərbaycan ərazisində fəaliyyət göstərən türk qurum və təşkilatlarını ziyarət edərək texniki araşdırmalar aparmağı planlaşdırır.

Səfər çərçivəsində tədbir Bakı Yunus Əmrə İnstitutunda baş tutub.

Tədbirdə EDAM rəhbərliyi ilə yanaşı, Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir, institutun koordinatoru Gökhan Seyhan, eləcə də akademiklər və tələbələr iştirak ediblər.

Ergün Engin çıxışında bildirib ki, səfərin əsas məqsədi regional geosiyasi proseslər, ekopolitik balans və mədəni diplomatiya istiqamətində yerində müzakirələr aparmaq və sahə məlumatları toplamaqdır.

Onun sözlərinə görə, Türkiyənin “yumşaq güc” elementlərinin fəaliyyəti təhlil ediləcək və əldə olunan nəticələr akademik və strateji tədqiqatlarda istifadə olunacaq.

Tədbir çərçivəsində Sadık Çetin “Ortaq Mədəniyyət və Ortaq İrs çərçivəsində arxivçiliyin rolu və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Eyni zamanda Celal İbrahimli milli şüur və milli dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.

Bununla yanaşı, EDAM koordinatorları tərəfindən müxtəlif mövzularda təqdimatlar da keçirilib.

Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib Bakıda “Ortaq Mədəniyyət, Ortaq İrs” tədbiri keçirilib
Məqalədə: #Türkiyə Azərbaycan münasibətləri #türk dünyası əməkdaşlığı #Mədəni diplomatiya #ortaq mədəniyyət #ortaq irs #EDAM fəaliyyəti #Bakı tədbiri #Yunus Əmrə İnstitutu #akademik əməkdaşlıq #regional geosiyasət #yumşaq güc strategiyası

Mövzu üzrə digər xəbərlər

İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq
İraq

İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

3 Sentyabr 16:14
ABŞ insanların düşüncələrini necə idarə edir?
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ insanların düşüncələrini necə idarə edir?

4 Avqust 09:00
Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi
Cəmiyyət

Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi

2 İyun 18:01
Ankarada veriləcək qərarlar NATO-nun gələcəyini dəyişəcəkmi? Ərdoğan diqqətçəkən mesajlar verdi
Türkiyə

Ankarada veriləcək qərarlar NATO-nun gələcəyini dəyişəcəkmi? Ərdoğan diqqətçəkən mesajlar verdi

16 May 15:31

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.