6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb

Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, bu, 08–11 iyun tarixlərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan ilə İran arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın İranda keçirilən 55-ci iclasında təsdiq olunub.

11 İyun 2026 14:14
Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb

BAKI,VOA

Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, bu, 08–11 iyun tarixlərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan ilə İran arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın İranda keçirilən 55-ci iclasında təsdiq olunub.

İclas Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, ADSEA-nın tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və İran tərəfdən həmsədri, İran İslam Respublikası Energetika Nazirliyinin Sərhəd Çayları üzrə Baş İdarəsinin rəisi xanım Fəriba Avəridənin rəhbərliyi ilə baş tutub.

İclas çərçivəsində Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri hazırlanaraq təsdiq olunub. Bununla yanaşı, çaydan götürülən suyun monitorinqinin aparılması, suyun keyfiyyətinə nəzarət, çayda müasir tipli yeni suölçmə qurğularının quraşdırılması və digər qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Müzakirələrin yekunu olaraq tərəflər arasında görüləcək işləri əhatə edən yekun protokol imzalanıb.

Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.

Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb
Məqalədə: #İran #Azərbaycan #Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi #Araz çayının su və energetika ehtiyatları #Birgə Komissiya #Azərbaycan İran Birgə Komissiyası #Regional Su Meliorasiya Xidməti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.