Səudiyyə Ərəbistanında keçirilən LEAP 2026 texnologiya sərgisinin iştirakçıları ölkənin kosmik sektorunda əldə etdiyi inkişafı yüksək qiymətləndiriblər.
Bu barədə ArabAZ məlumat verir.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən texnologiya və kosmik sənaye üzrə mütəxəssislər iştirak edib. Ziyarətçilər Səudiyyə Ərəbistanının kosmik texnologiyalar, innovasiya və tədqiqat sahələrində həyata keçirdiyi layihələrlə tanış olublar.
İştirakçılar ölkənin kosmik sektorun inkişafına, qabaqcıl texnologiyaların tətbiqinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlmiş səylərini müsbət qiymətləndiriblər.