7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Bir salam, bir dua, bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası

“Müsəlmanın müsəlman üzərində altı haqqı vardır: qarşılaşdığın zaman ona salam ver, səni dəvət edərsə dəvətinə get, səndən nəsihət istəsə nəsihət ver, asqırıb Allaha həmd edərsə ‘Allah sənə rəhm etsin’ de, xəstələndiyi zaman onu ziyarət et, öldüyü zaman isə cənazəsində iştirak etmək”

4 Yanvar 2026 12:00
Bir salam, bir dua, bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası

BAKI,AzerVoice

“Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: salamını almaq, xəstəni ziyarət etmək, cənazədə iştirak etmək, dəvətə icabət etmək və asqırana ‘Allah sənə rəhm etsin’ demək.”
(Buxari, Cənaiz 2; Müslim, Salam 4)

Müslimin başqa bir rəvayətində isə belə buyurulur:

“Müsəlmanın müsəlman üzərində altı haqqı vardır: qarşılaşdığın zaman ona salam ver, səni dəvət edərsə dəvətinə get, səndən nəsihət istəsə nəsihət ver, asqırıb Allaha həmd edərsə ‘Allah sənə rəhm etsin’ de, xəstələndiyi zaman onu ziyarət et, öldüyü zaman isə cənazəsində iştirak etmək”
(Müslim, Salam 5)

Müsəlmanların bir-biri üzərində yerinə yetirməli olduqları müəyyən haqlar və vəzifələr vardır. Bu haqlar maddi və ya mənəvi xarakter daşıya bilər. Onların yerinə yetirilməsi və ya yetirilməməsi nəticəsində ortaya çıxan mükafat və məsuliyyətlər də dünyəvi və ya axirətə aid nəticələr doğurur.

Fərdlərin və cəmiyyətlərin tərbiyəsində mənəvi məsuliyyətlər, dünyəvi cəzalardan daha təsirli və daha əhəmiyyətlidir. Çünki insanlar bəzən etdikləri xətaları gizlədə və dünyəvi cəzalardan yayın­a bilərlər. Lakin axirətə inanan, etdiyi hər bir əməlin Allah tərəfindən görüldüyünə və hesab günündə qarşılığını alacağına inanan bir insan harada olursa-olsun pislik etməz, zülmə əl atmaz.

İslam dini mənsublarına dünya həyatında etdikləri hər bir yaxşı və pis əməlin axirətdə qarşılığının veriləcəyini güclü bir məsuliyyət anlayışı kimi öyrədir və bunu qəbul etməyənin həqiqi mömin ola bilməyəcəyini bildirir.

İslamın digər sistemlərdən üstünlüyü ondadır ki, insanlara həm dünya, həm də axirət məsuliyyəti aşılayır. İnsanlar nə qədər mükəmməl qanunlar çıxarsalar, nə qədər sərt cəzalar tətbiq etsələr belə, bunların heç biri ilahi məsuliyyətin yerini tuta bilməz. Tarix və bu günkü reallıq bunu açıq şəkildə göstərir.

Tarix sübut edir ki, imanlı insanların təşkil etdiyi cəmiyyətlərdə cinayətlərin sayı yox dərəcəsində olmuşdur. Bu gün də İslamı fərdi həyatında yaşayan təbəqələrdə cinayət göstəricilərinin son dərəcə aşağı olması danılmaz bir həqiqətdir.

Bu hədislərdə qeyd olunan haqlar əsasən cəmiyyətin mənəvi dayaqları ilə bağlıdır. Çünki bunların yerinə yetirilməməsinə görə dünyəvi bir cəza yoxdur. Lakin İslam cəmiyyətinin maddi nizamı da məhz bu mənəvi həssaslıqlar üzərində qurulur.

Burada sadalanan haqlar yaxşı insan, yaxşı müsəlman olmağın, qardaşlığın, dostluğun, yardımlaşmanın, sevinci və kədəri bölüşməyin, mərhəmət və şəfqət cəmiyyətinin əsas sütunlarıdır.

Salam vermək

Salam müsəlmanlar üçün bir növ tanıma və qardaşlıq işarəsidir. Qarşılaşdıqda deyilən ilk söz salamdır. “Əvvəl salam, sonra söz” ifadəsi bu anlayışı əks etdirir. Salam vermək sünnə, salamı almaq isə fərzdir.

Allah-Təala buyurur:“Sizə salam verildiyi zaman, ondan daha gözəli ilə salam verin və ya eyni şəkildə cavablayın.”(Nisa, 4/86)

Salamın ən sadə forması “Əssəlamu əleykum”dur. Daha kamil forması “Əssəlamu əleykum və rəhmətullah”dır. Daha da genişləndirərək “və bərəkətuh” demək olar. Lakin “salam əleykum” demək də kifayətdir.

Salam alan şəxs “və əleykumussalam” deyə cavab verir. Əgər salam verilən tək bir şəxsdirsə, salamı almaq fərzi-əyindir. Bir topluluğa salam verildikdə isə onların bir qisminin salamı alması fərzi-kifayədir.

Salam möminlərin bir-birinə etdiyi dua və xoş niyyətdir. Mənası: “Allahın qoruması üzərinizdə olsun, salamatlıq və əmin-amanlıq sizdən ayrılmasın” deməkdir.

Xəstəni ziyarət etmək

Xəstəlik və sağlamlıq insan həyatının ayrılmaz hissəsidir. Dinimiz sağlamlığa böyük əhəmiyyət verir, lakin insan hər zaman sağlam qala bilməz. Peyğəmbərlər belə xəstəliklərə düçar olmuşlar. Müsəlmanlar xəstəliyi Allahın bir imtahanı kimi qəbul edirlər.

Xəstəlik insanın əhvalını pozur, səbrini çətinləşdirir. Belə bir zamanda dostlarının və din qardaşlarının onun yanında olması insana mənəvi güc verir, ümidini artırır. Xəstə ziyarəti zamanı xoş sözlər demək, səbr tövsiyə etmək, qısa və ölçülü davranmaq lazımdır.

Cənazədə iştirak etmək

Ölüm hər bir insanın qarşılaşacağı qaçılmaz sondur. Müsəlmanların bir-birinə qarşı son vəzifəsi ölən şəxsin cənazəsində iştirak etmək, namazını qılmaq və dəfnində olmaqdır. Bu həm ölənə, həm də onun yaxınlarına qarşı bir haqqdır.

Cənazənin arxasınca getmək mömin üçün böyük bir dərs və ibrətdir. Mümkün olduqca dəfn tamamlanana qədər orada olmaq daha fəzilətlidir.

Dəvətə icabət etmək

Dəvətə getmək müsəlmanlar üçün mühüm bir vəzifədir. Xüsusilə toy dəvətlərinə qatılmaq vacib sayılmışdır. Digər halal və şəriətə uyğun dəvətlərə getmək isə sünnə və ya müstəhəbdir. Haramın olduğu məclislərə qatılmaq isə caiz deyil.

Peyğəmbərimiz (s.ə.s) zəngin-fəqir fərqi qoymadan bütün dəvətlərə icabət etmişdir. Çünki dəvətlər sevgi, ülfət və qardaşlıq bağlarını möhkəmləndirir.

Asqıranla bağlı ədəb

Peyğəmbərimiz buyurur: “Asqırmaq Allahdandır, əsnəmək isə şeytandandır.”
(Tirmizi, Ədəb 7)

Asqırmaq bir nemətdir. Asqıran şəxs “Əlhəmdülillah” deyər. Bunu eşidən müsəlman “Allah sənə rəhm etsin” deyə cavab verər. Asqıran da “Allah bizi də sizi də doğru yola yönəltsin” deyə qarşılıq verər.

Bu, müsəlmanların ən xırda məsələlərdə belə bir-birlərinə qarşı haqlarının olduğunu göstərir.

Nəticə olaraq deyə bilərik ki, müsəlmanların bir-biri üzərində maddi və mənəvi haqları vardır.

Hər haqq bir məsuliyyət doğurur. Salam vermək sünnə, almaq fərzdir, xəstəni ziyarət etmək sünnədir. Bununla yanaşı cənazədə iştirak fərzi-kifayədir, toy dəvətinə icabət vacibdir. Asqırana “Allah sənə rəhm etsin” demək bir vəzifədir,nəsihət istəyənə yol göstərmək dini borcdur.

Müsəlmanlar qardaşlıq, mərhəmət və yardımlaşma ruhunu qorumağa borcludurlar.

Məqalədə: #İslam irsi #İslamda müsəlmanların bir-biri üzərində haqları: hədislər nə deyir? #Salamdan cənazəyə qədər: müsəlmanın müsəlman üzərində əsas vəzifələri #Peyğəmbər hədislərində müsəlman hüquqları və cəmiyyətin mənəvi əsasları #İslam əxlaqında qardaşlıq: müsəlmanlar bir-birinə qarşı necə davranmalıdır? #Müsəlmanın gündəlik həyatda digər müsəlmanlar qarşısında dini öhdəlikləri #Bir salam #bir dua #bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası #Müsəlmanın müsəlman üzərində haqqı nədir? Hədislərin bizə verdiyi həyat dərsi #Cəmiyyətin ruhu necə qorunur? İslamda müsəlmanların bir-birinə borcu #Unudulan dəyərlər: Salam #xəstə ziyarəti və cənazə arxasınca getməyin hikməti #Peyğəmbərimizin öyrətdiyi qardaşlıq modeli: Bugünkü müsəlman üçün yol xəritəsi #Какие права имеет мусульманин перед другим мусульманином? #Права и обязанности мусульман в хадисах пророка Мухаммада #Хадисы о правах мусульман и духовных основах общества #What Are the Rights of a Muslim Over Another Muslim in Islam?

Mövzu üzrə digər xəbərlər

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam və Tarix

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri

6 Sentyabr 12:00
İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu
Nə, necə, niyə? Elmi ensiklopediya

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

30 Avqust 09:00
İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51
Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti
Səudiyyə Ərəbistanı

Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

22 Avqust 01:06

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
13:35
Səudiyyə Ərəbistanında tikinti sektoru dördüncü ay ardıcıl böyüyüb
Səudiyyə Ərəbistanında tikinti sektoru dördüncü ay ardıcıl böyüyüb
13:28
Yəmən husilərdən təmizlənir - qubernator
Yəmən husilərdən təmizlənir - qubernator
13:20
Hira Mədəniyyət məhəlləsindəki Quran Muzeyi islam dizaynı ilə təbii gözəlliyi vəhdətdə birləşdirir
Hira Mədəniyyət məhəlləsindəki Quran Muzeyi islam dizaynı ilə təbii gözəlliyi vəhdətdə birləşdirir
13:10
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.