8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Xəstəlik və oruc: Mədə xorası olanlar nə etməlidir?

Hənif dinimiz olan İslamın beş əsasından biri olan orucu Uca Allah bizdən öncəki toplumlara vacib etdiyi kimi bizə də vacib etmişdir. Allah təalə bunu “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz!” ayəsi ilə bildirmişdir.

9 Mart 2026 04:59
Xəstəlik və oruc: Mədə xorası olanlar nə etməlidir?

BAKI,VOA

Hənif dinimiz olan İslamın beş əsasından biri olan orucu Uca Allah bizdən öncəki toplumlara vacib etdiyi kimi bizə də vacib etmişdir. Allah təalə bunu “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz!” ayəsi ilə bildirmişdir.

Bundan başqa, eyni surənin 185-ci ayəsində də “sizdən kim o aya (Ramazana) çatarsa oruc tutsun” buyuraraq oruc ibadətinin yerinə yetirilməsini əmr etmişdir.

Allah Rəsulu orucun İslamın beş əsasından biri olduğunu bəyan edərək buyurur:

"İslam beş şey üzərində bina edilmişdir; Allahdan başqa ibadətə layiq məbud olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, həccə getmək və Ramazan orucunu tutmaq."

Buna görə də oruc hər bir ağlı başında olan və həddi-büluğa çatmış müsəlmana vacibdir. Lakin bəzi üzr sahibi şəxslər vardır ki, şəriət onlar üçün oruc tutmamağa icazə vermişdir. Bunlardan biri də xəstə insandır. Xəstə insanın vəziyyəti bir neçə qism ola bilər:

1. Yüngül xəstəliklər

Əgər insanın xəstəliyi yüngüldürsə və orucuna təsir etmirsə, fəaliyyətini zəiflətmirsə, bu halda onun oruc tutması vacibdir, çünki üzrü yoxdur. Məsələn: yüngül baş ağrısı, diş ağrısı və bu kimi sadə narahatlıqlar. Belə hallarda oruc tutmaq digər şəxslərdə olduğu kimi vacibdir.

2. Çətinlik yaradan, lakin həyati təhlükəsi olmayan hallar

Lakin əgər xəstəliklə birlikdə oruc tutmaq insanı yorur və çətinlik yaradırsa, amma həyatına təhlükə qorxusu yoxdursa, bu zaman Allahın verdiyi rüsxətdən (güzəştdən) istifadə edərək oruc tutmaması icazəlidir. Uca Allah buyurur: “Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsun.” Yəni, əgər insan orucu açarsa və ya tutmazsa, sonradan həmin günlərin qəzasını tutmalıdır.

3. Təhlükəli və zərərli hallar

Əgər savadlı, güvənilir və dininə əməl edən bir müsəlman həkimin bildirişiylə və ya xəstənin özünün təsbit etdiyi müəyyən mülahizələri və ya təcrübəsiylə oruc tutmaq böyük ehtimal insanı hər hansı bir təhlükəylə qarşı-qarşıya qoyacaq və yaxud hər hansı bir zərərə səbəb olacaqsa (məsələn, kəskin mədə xorası və qanama riski), bu zaman da orucu açması və ya tutmaması icazəli, hətta vacib olar. Bu şəkildə davranmaq sünnətə və Peyğəmbərimizin yoluna uyğun olar. Çünki Allah buyurur: “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın.”

Məqalədə: #İslamda xəstələr üçün oruc rüsxəti və şərtləri #Xəstəlik və oruc: Mədə xorası olanlar nə etməlidir? #Oruc tutmaq kimlərə vacibdir və kimlərə icazə verilir? #Tibbi zərurət və ibadət: Oruc tutarkən sağlamlığı qorumaq #Ramazan orucu və xəstəliklər: Şəriətin verdiyi asanlıqlar

Mövzu üzrə digər xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
İslam və həyat: Şəriət, tarix, əxlaq

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar

6 Sentyabr 18:00
Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

30 Avqust 10:00
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21
Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?
İslam və həyat: Şəriət sualları

Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?

26 İyul 12:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.