7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

İslam fiqhinə görə hökmlər və şərtlər- Alkoqolsuz içkiləri içmək olarmı?

İslam dini insanın həm dünyası, həm də axirəti üçün faydalı olan əməlləri buyurur, zərərli olanları isə qadağan edir. Qurani-Kərimdə və hədisi-şəriflərdə şərabın "murdar" və "şeytan əməli" olduğu qəti şəkildə vurğulanmışdır. Allah-Təala Maidə surəsində buyurur:

17 May 2026 18:40
İslam fiqhinə görə hökmlər və şərtlər- Alkoqolsuz içkiləri içmək olarmı?

BAKI,VOA

İslam dini insanın həm dünyası, həm də axirəti üçün faydalı olan əməlləri buyurur, zərərli olanları isə qadağan edir. Qurani-Kərimdə və hədisi-şəriflərdə şərabın "murdar" və "şeytan əməli" olduğu qəti şəkildə vurğulanmışdır. Allah-Təala Maidə surəsində buyurur:

“Ey iman gətirənlər! Həqiqətən, sərxoşedici içki, qumar, bütlər və fal oxları şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız!” (5/90-91)

Peyğəmbərimiz (s.ə.s) isə sərxoşedici içki ilə bağlı on qrupu (istehsalçıdan daşıyana qədər) lənətləmişdir. Bəs müasir dövrdə geniş yayılan "alkoqolsuz" içkilərin hökmü nədir? Bu məsələdə iki əsas hal mövcuddur:

1. Tərkibində əvvəldən spirt olmayan içkilər

Əgər bir içki istehsal prosesinin heç bir mərhələsində sərxoşedici maddə qatılmadan hazırlanıbsa, onun hökmü aşağıdakı kimidir:

İllət (Səbəb) qaydası: İslam hüququnda (fiqh) bir içkinin haram olmasının əsas səbəbi onun sərxoşedici olmasıdır. Əgər sərxoşedicilik xüsusiyyəti yoxdursa, haramlıq hökmü də yoxdur.

Mübahlıq prinsipi: “Əşyalarda əsl olan mübahlıqdır (icazəlilik)” qaydasına əsasən, tərkibində şəriətin qadağan etdiyi maddələr yoxdursa, bu içkiləri içmək icazəlidir.

2. Alkoqolu sonradan çıxarılan içkilər

Məhsul əvvəlcə spirtli içki kimi hazırlanıb, sonradan texnoloji müdaxilə ilə alkoqolu təmizlənibsə, alimlərin rəyi fərqlidir:

Hənbəli və Şafii görüşü: İnsan müdaxiləsi ilə sərxoşedici maddənin tərkibini dəyişməyi və ya təmizləməyi doğru saymırlar. Bu cür içkiləri içməkdən çəkinmək tövsiyə olunur. (Ancaq maddə təbii yolla, müdaxiləsiz sirkəyə çevrilərsə, icazəlidir).

Hənəfi və Maliki görüşü: Əgər kimyəvi tərkib dəyişibsə və sərxoşedici xüsusiyyət tamamilə aradan qalxıbsa, bu içkiləri içmək olar. Çünki haramlığa səbəb olan "sərxoşedicilik" illəti artıq mövjud deyil.

İstifadə zamanı diqqət edilməli olan məqamlar

İcazəli olan görüşü əsas götürərək bu içkilərdən istifadə edən şəxslərə aşağıdakı tövsiyələr verilir:

Bənzəməkdən çəkinmək: Bu içkiləri spirtli içki qablarına bənzəyən şüşələrdə içmək məsləhət deyil. Çünki bu, günahkar qövmlərə bənzəmək (təşəbbüh) hesab oluna bilər.

Töhfət (Qınaq) obyekti olmamaq: İnsanların qarşısında şübhə yaradacaq şəkildə bu içkiləri içmək doğru deyil. Kim özünü şübhəli vəziyyətlərə qoyarsa, onun barəsində pis zənn edənləri qınamasın.

Məhsul təmiz şəkildə (əvvəldən alkoqolsuz) hazırlanıbsa, qəbulu icazəlidir. Sonradan spirti çıxarılanlarda isə ixtilaf olduğu üçün təqva baxımından ehtiyatlı olmaq daha yaxşıdır.

Məqalədə: #enerji içkiləri #spirtli içki reklamı #İslam fiqhində fərzlər #İslam fiqhi #İslam fiqhində köləlik #İslam fiqhində qadının məhrəmlər yanında örtünmə qaydaları #Alkoqolsuz içki #Spirtsiz pivə #İslamda haram #Şafii məzhəbi #Şəriət hökmləri

Mövzu üzrə digər xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
İslam və həyat: Şəriət, tarix, əxlaq

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar

6 Sentyabr 18:00
Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

30 Avqust 10:00
Qadınların namazda səsli qiraəti: Məzhəblərə görə fərqli hökmlər
İslam və həyat: Şəriət sualları

Qadınların namazda səsli qiraəti: Məzhəblərə görə fərqli hökmlər

14 İyun 10:51
Qadının məhrəmləri yanında örtünmə qaydaları: fiqhi məzhəblərinin izahı
İslam və həyat: Şəriət sualları

Qadının məhrəmləri yanında örtünmə qaydaları: fiqhi məzhəblərinin izahı

19 Noyabr 2025 14:05

Son Xəbərlər

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.