7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Dünya Bankı Suriyaya yardım proqramlarını bərpa edib

16 May 2025 19:02
Dünya Bankı Suriyaya yardım proqramlarını bərpa edib

BAKI, AzerVoice

Dünya Bankı (DB), Qətər və Səudiyyə Ərəbistanı Suriyanın bank qarşısındakı təxminən 15,5 milyon dollarlıq borcunu ödədikdən sonra ölkəyə yardım proqramlarını yenidən bərpa edib.

AzerVoice xəbər verir ki, bu haqda Dünya Bankının mətbuat xidməti tərəfindən yayımlanan sənəddə qeyd olunub.

"Suriyanın Dünya Bankı qarşısında təxminən 15,5 milyon ABŞ dolları məbləğində olan borcu ödənilib. Bu borcun ödənişi Səudiyyə Ərəbistanı Krallığı və Qətər Dövləti tərəfindən həyata keçirilib. Beləliklə, Dünya Bankının qüvvədə olan əməliyyat siyasətinə uyğun olaraq ölkənin yardım əməliyyatlarında iştirak etmək hüququ bərpa olunub" - deyə, sənəddə bildirilib.

İlk proqram Suriya vətəndaşlarının elektrik enerjisinə çıxışını təmin etməyə yönələcək. Bank, mərhələli şəkildə yardımların həcmini artıraraq ölkədə təxirəsalınmaz ehtiyacları qarşılamaq və uzunmüddətli inkişafa sərmayə qoymaq niyyətindədir.

Qeyd edək ki, Qətər və Səudiyyə Ərəbistanı aprelin sonunda Suriyanın Dünya Bankı qarşısındakı borcunu ödəməyi öhdələrinə götürüblər. Mayın 8-də Suriyanın maliyyə naziri Məhəmməd Yasir Barniyə bildirib ki, Qətər növbəti üç ay ərzində Suriyada maaş fondu üçün aylıq 29 milyon dollar ayıracaq və bu müddətin uzadılması da mümkün olacaq.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Qətər #Dünya Bankı #Suriya #Yardım proqramları

Mövzu üzrə digər xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
ArabSport

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı

6 Sentyabr 19:34
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

6 Sentyabr 11:30
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Ərəb turizmi

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib

6 Sentyabr 10:45
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59

Son Xəbərlər

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.