5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

İŞİD Suriya hökumətinin yeni qüvvələrinə qarşı ilk hücumun məsuliyyətini üzərinə götürdü

30 May 2025 09:40
İŞİD Suriya hökumətinin yeni qüvvələrinə qarşı ilk hücumun məsuliyyətini üzərinə götürdü

BAKI, AzerVoice

İŞİD terror təşkilatı, Suriyada Bəşşar Əsədin qaçmasından sonra qurulan yeni hökumət qüvvələrinə qarşı ilk hücumun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib.

AzerVoice xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Mərkəzi və terror fəaliyyətlərini izləyən "SITE Intelligence Group" məlumat yayıb.

Təşkilatın yaydığı bəyanatda, "xilafət” əsgərləri tərəfindən əvvəlcədən yerləşdirilən partlayıcının, mürtəd Suriya rejiminə məxsus avtomobili hədəf aldığı" bildirilib. Hücum ölkənin cənubundakı Süveyda vilayətində baş verib.

Müşahidə Mərkəzi və SITE bu hadisənin Suriya hökumətinin yeni quruluşuna qarşı İŞİD-in ilk rəsmi hücumu olduğunu vurğulayıb. Məlumata görə, hadisə zamanı yeni Suriya ordusunun 70-ci briqadasından bir nəfər ölüb, üç hərbçi isə yaralanıb. Hücum çərşənbə günü məsafədən idarə olunan mina ilə həyata keçirilib.

2014-cü ildə Suriya və İraqda geniş əraziləri ələ keçirən İŞİD, 2019-cu ildə əsasən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin səyi ilə Suriyada məğlub edilmişdi. Buna baxmayaraq, təşkilat ölkənin səhralıq bölgələrində fəaliyyətini davam etdirir.

Suriyada yeni hökümətin hakimiyyətə gəldiyi dövründə İŞİD -in bu bölgələrdəki hücumları nadir hallarda qeydə alınsa da, təşkilat şimal-şərqdəki kürd qüvvələrinə qarşı hücumlarını davam etdirir.

Suriya rəsmiləri bu həftə paytaxt Dəməşq yaxınlığında İŞİD -ə bağlı bir hüceyrənin üzvlərini həbs etdiklərini və onların terror aktları hazırladığını bildirib. Hələbdə keçirilən əməliyyat zamanı isə Suriya təhlükəsizlik qüvvələrinin bir üzvü və təşkilatın üç döyüşçüsü öldürülüb.

ABŞ Prezidenti Donald Tramp bu ay Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya Prezidenti Əhməd Şəraa ilə görüşündə, İŞİD -in yenidən güc toplamasının qarşısını almaq üçün ABŞ-a dəstək verməyə çağırıb.

Məqalədə: #İŞİD #Suriya #Bəşşar Əsəd #Əhməd Əl-Şaraa #Suriya yeni hökuməti #Suriya yenidənqurma prosesi #Suriya İŞİD əməliyyatı

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

4 Sentyabr 14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52

Son Xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.