7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Türk şirkətləri Suriyada 7 milyard dollarlıq enerji layihəsinə start verib

30 May 2025 15:17
Türk şirkətləri Suriyada 7 milyard dollarlıq enerji layihəsinə start verib

BAKI, AzerVoice

Suriyada türk şirkətlərinin də iştirak etdiyi 7 milyard dollarlıq enerji sazişi imzalanıb.

AzerVoice xəbər verir ki, Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir ölkənin enerji sektorunda indiyə qədərki ən böyük sərmayələrdən birini açıqlayıb.

Türkiyənin Kalyon Holding və Cengiz Holding şirkətləri də daxil olmaqla beynəlxalq konsorsiumla imzalanan müqavilənin dəyəri 7 milyard dollardır.

Dəməşqdə imzalanan razılaşmaya əsasən, Suriya ərazisində dörd təbii qazla işləyən elektrik stansiyası və bir günəş enerjisi stansiyası inşa ediləcək. Bu layihələrin ümumi istehsal gücü 5 min meqavat olacaq. Nazir Bəşir bildirib ki, bu saziş Suriyada enerji təminatını gücləndirəcək, iş yerləri yaradacaq və ölkənin sosial-iqtisadi inkişafına təkan verəcək.

Nazir əlavə edib ki, illərlə davam edən beynəlxalq sanksiyalar səbəbindən bir çox sərmayəçi tərəddüd edirdi. Lakin bu maneələrin tədricən aradan qalxması fonunda investorlar daha cəsarətli addımlar atmağa başlayıb. Layihədə bir Amerika, iki Türkiyə və bir Qətər şirkəti iştirak edir və bu, Suriyanın investisiya üçün yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

Bəşir həmçinin Türkiyə və İordaniya ilə enerji sahəsində əməkdaşlıqların genişləndiyini, 400 kilovoltluq yeni elektrik bağlantı xəttinin istifadəyə verilməsi üçün işlərin davam etdiyini bildirib.

Qeyd edək ki, hal-hazırda Suriyada evlərə gündə orta hesabla 3-4 saat elektrik verilir və mövcud enerji istehsalı təxminən 1500 meqavat təşkil edir. Nazir gələn ilin ilk aylarında bu sahədə nəzərəçarpacaq artım gözlədiklərini bildirib.

Məqalədə: #Türkiyə #ABŞ #Suriya #Türkiyə Suriyada infrastruktur dəstəyi #Türkiyə Suriya münasibətləri #Türkiyə-Suriya iqtisadi yatırımlar #ABŞ Suriya münasibətləri #Türkiyə ABŞ Suriya mövzusunda əməkdaşlıq

Mövzu üzrə digər xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

14:14
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
Məhəmməd Əl-Murr Əbu-Dabi Kitab Sərgisinin ilk fəxri qonağı seçilib
Məhəmməd Əl-Murr Əbu-Dabi Kitab Sərgisinin ilk fəxri qonağı seçilib
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.