İranla bağlı əməliyyatlar üçün kifayət qədər vəsaitimiz var - ABŞ maliyyə naziri
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, ölkəsi İranla bağlı hərbi əməliyyatları maliyyələşdirmək üçün kifayət qədər resurslara malikdir. Bessent vurğulayıb ki, ABŞ ordusunun uzunmüddətli perspektivdə güclü qalması üçün Konqresdən əlavə maliyyə dəstəyi istənilib.
ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır
ABŞ Livanda mövcud olan siyasi vəziyyətdən istifadə edərək İranın “Hizbullah”a maliyyə axınını kəsməyə və qruplaşmanı silahsızlaşdırmağa çalışır. Bu haqda ABŞ Maliyyə Nazirliyinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müşaviri Con Herli İstanbulda jurnalistlərə müsahibə verərkən deyib. Herli açıqlamasında İranın bu il ağır iqtisadi sanksiyalara baxmayaraq “Hizbullah”a təxminən 1 milyard dollar ötürdüyünü bildirib.
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin daha dörd nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, məhdudiyyətlər Kanada vətəndaşı hakim Kimberli Prost, Fransa vətəndaşı hakim Nikola Giyu, həmçinin Fici vətəndaşı prokuror müavini Şamim Xan və Seneqal vətəndaşı prokuror müavini Mame Mandiyaye Nianqa şamil olunub. Rubionun sözlərinə görə, bu addımın əsas səbəbi Məhkəmənin ABŞ və ya İsrail vətəndaşlarının fəaliyyətlərini araşdırmaq, onların həbs edilməsi və ya saxlanılmasına, məhkəmə qarşısına çıxarılmasına cəhd göstərməsidir. O, Məhkəməni “iflas etmiş institut” adlandırıb.
ABŞ İrana dəstəkdə ittiham olunan 22 şirkətə qarşı sanksiya tətbiq edib
ABŞ hakimiyyəti Çindən, Türkiyədən və Birləşmiş Ərəb Əmirliklərindən olan 22 şirkəti İrana qarşı sanksiyalarla bağlı siyahıya daxil edib.