7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Rusiyanın fiziki şəxslərini və qurumlarını sanksiya siyahısına əlavə edib

2 Aprel 2025 19:15
ABŞ Rusiyanın fiziki şəxslərini və qurumlarını sanksiya siyahısına əlavə edib

BAKI, AzerVoice

ABŞ, terrorizmlə mübarizə çərçivəsində Rusiyadan dörd fiziki şəxs, üç şirkət və bir quru yük gəmisini sanksiya siyahısına daxil edib.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında məlumat verilib.

Məlumata əsasən, sanksiyalara məruz qalan şəxslər və qurumlar bunlardır:

  • Yuriy Belyakov
  • Vyaçeslav Vidanov
  • Soxrab Qairat (Rusiya və Əfqanıstan vətəndaşı)
  • Uşang Qairat (Əfqanıstan vətəndaşı)
  • “Edison” MMC
  • “Kolibri Grupp” MMC
  • “Sky Frame” MMC
  • AM Theseus adlı quru yük gəmisi

ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiyalar, Yəməndəki "Ənsar Allah" hərəkatının üzvü olan husilərə maliyyə və maddi yardım göstərən şəxslərə qarşı tətbiq olunub. ABŞ Maliyyə Nazirliyinin iddiasına görə, söhbət Rusiya tərəfindən on milyonlarla dollar dəyərində silah tədarükündən və, o cümlədən Ukrayna taxılından gedir.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryusun sözlərinə görə isə ABŞ, bu iddia edilən tədarüklərlə bağlı husilər tərəfindən istifadə olunan səkkiz elektron cüzdan aşkar edib.

ABŞ administrasiyası qeyd edib ki, bu sanksiyalar terrorla mübarizə çərçivəsində tətbiq olunur. ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, Vaşinqton bu yolla husilərin regionda sabitliyi pozan fəaliyyətlərlə təhlükə yaratmaq imkanlarını azaltmaq niyyətindədir.

Xatırladaq ki, martın 15-i ABŞ Prezidenti Donald Tramp husilərə qarşı hərbi əməliyyatın başladığını elan edib. O, bu qərarını husilərin Qırmızı dəniz və Ədən körfəzində kommersiya gəmilərinə hücumları ilə əsaslandırıb. Əməliyyatda Qırmızı dənizdə yerləşən USS Harry Truman təyyarədaşıyanı iştirak edir. Bu təyyarədaşıyan gəmi mütəmadi olaraq "Ənsar Allah" hərəkatının nəzarətində olan Yəmən ərazilərinə zərbələr endirir.

Məqalədə: #Rusiya #ABŞ #Donald Tramp #Yəmən #Qırmızı dəniz #ABŞ Dövlət Departamenti #Husilər #Vaşinqton #sanksiyalar #ABŞ administrasiyası #ABŞ Maliyyə Nazirliyi #Skott Bessent #sanksiya siyahısı #USS Harry Truman təyyarədaşıyan gəmisi #ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC)

Mövzu üzrə digər xəbərlər

Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəmən

Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb

09:30
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.