4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Davosda Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı çərçivəsində “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda panel sessiya təşkil edib.
İqtisadiyyat nazirinin müavini SPECA İqtisadi Forumunda iştirak edib
SPECA İqtisadi Forumunda Azərbaycanın regional əməkdaşlığın inkişafına verdiyi töhfə, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, investisiya və biznes mühitinin yaxşılaşdırılması tədbirləri barədə məlumat verilib. Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində “Beynəlxalq Sülh və Etimad İli: Dayanıqlı İnkişaf naminə regional qarşılıqlı əlaqəlilik” mövzusunda SPECA İqtisadi Forumu keçirilib.
4SİM Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısında təmsil olunub
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Davos İqtisadi Forumunun (DİF) 56-cı illik toplantısı çərçivəsində təşkil olunan “GovTech” həllərinin tətbiq dairəsinin genişləndirilməsi mövzusunda panel sessiyada iştirak edib.
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Azərbaycan və Çin şirkətləri arasında alüminium istehsalı üzrə birgə layihələr müzakirə olunub
Çin şirkətləri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Qonaqlara ölkəmizdə əlverişli investisiya mühiti, sənaye zonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdim olunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan sənaye və texnologiya yönümlü layihələrin reallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının regional direktoru ilə görüşüb
Azərbaycanla Dünya Bankı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat nazirinin birinci müavini Şəmkirdə vətəndaşları qəbul edib
Şəmkirdə vətəndaşların əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Ötən il 195-1 Çağrı Mərkəzinə 583 mindən çox müraciət daxil olub
2025-ci il ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 583 mindən çox müraciət daxil olub. İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 2025-ci il ərzində 524 643 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 583 960 müraciət olub. Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Dövlətə məxsus kredit təşkilatlarının yenidən təşkili və ləğvinə Azərbaycan Prezidenti qərar verəcək
Prezident İlham Əliyevin imzaladığı Fərmanla dövlətə məxsus səhmləri olan kredit təşkilatlarında dövlət adından iştirak edən şəxslərin siyahısı genişləndirilib.
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 110.518 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclasında Agentlik tərəfindən görülmüş işlər və 2026-cı ildə nəzərdə tutulan məsələlər müzakirə olunub.
Əczaçılıq sənayesinin inkişafı müzakirə edilib
İqtisadiyyat Nazirliyində müvafiq dövlət qurumları və özəl sektorun nümayəndələrinin iştirakı ilə əczaçılıq sənayesinin inkişafına dair müzakirələr aparılıb. Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, müvafiq dövlət qurumları və dərman vasitələrinin istehsalı ilə məşğul olan özəl sektorun nümayəndələri iştirak ediblər.