BMT Təhlükəsizlik Şurası diplomatiya yolunu seçməlidir - Əraqçi
İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasını diplomatiyaya üstünlük verməyə və qarşıdurmadan çəkinməyə çağırıb. Nazir bildirib ki, 2015-ci il nüvə anlaşmasında iştirak edən üç Avropa tərəfinə “lazımsız və qarşısı alına biləcək böhranın” yaranmaması üçün məntiqli və həyata keçirilə bilən plan təqdim edib.
BMT Təhlükəsizlik Şurasında tarixi an: Vaşinqton İsrailin addımlarına qarşı çıxdı
BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.
BMT-də Dohaya hücum müzakirəsi - İsrail və Pakistan nümayəndələri arasında gərgin mübahisə
BMT Təhlükəsizlik Şurasında İsrailin Qətərdə HƏMAS nümayəndə heyətinə endirdiyi hava zərbələri müzakirə olunarkən Pakistan və İsrail nümayəndələri arasında kəskin söz dueli yaşanıb. İsrailin BMT-dəki daimi nümayəndəsi Danny Danon çıxışında Dohadakı hücumu ABŞ-ın Əl-Qaidə lideri Usamə bin Ladenə qarşı keçirdiyi əməliyyatla müqayisə edərək müdafiə edib.
ABŞ və Avropa nüvə danışıqlarında qeyri-ciddi davranır – İran
“Vaşinqton yaxşı niyyət ortaya qoymur, əksinə İrana qarşı qanunsuz təzyiqləri davam etdirir. Avropa ölkələri də ABŞ və İsrailin tələbi ilə ‘mexanizm-i zənəd’ (sanksiyaların avtomatik bərpası) prosesini işə salıblar” –deyə, Bəqai bildiirb.
Qərb sahilinin ilhaqına dair plan regionda təhlükəsizliyin təmin edilməsinə mane olacaq - Fələstin
Fələstin rəhbərliyi bəyan edib ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilini ilhaq planı bölgədə və dünyada sabitlik və təhlükəsizliyin təmin edilməsinə mane olacaq. Məsələ ilə bağlı Fələstin Prezident Administrasiyasının sözçüsü Nəbil Əbu Rudeinə açıqlama verib.Məsələ ilə bağlı Fələstin Prezident Administrasiyasının sözçüsü Nəbil Əbu Rudeinə açıqlama verib. Əbu Rudeinə vurğulayıb ki, məskunlaşma siyasəti kimi ilhaq planlarının heç bir legitimliyi yoxdur və bu addımlar beynəlxalq ictimaiyyət tərəfindən dəfələrlə qınanıb və rədd edilib.
Livandakı BMT sülhməramlıları 2027-ci ildən mərhələli şəkildə ölkədən çıxarılacaq
BMT Təhlükəsizlik Şurası cümə axşamı günü Livanın cənubundakı sülhməramlı qüvvələrin (UNIFIL) mandatını sonuncu dəfə uzadaraq, 2027-ci ildə onların mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan proqram qəbul edib. Bu qərar İsrail və ABŞ-ın tələbi əsasında gündəmə gətirilib. “UNIFIL-in mandatı sonuncu dəfə 31 dekabr 2026-cı ilədək uzadılır və həmin tarixdən etibarən bir il ərzində tədricən, əlaqələndirilmiş və təhlükəsiz şəkildə çıxarılma prosesinə başlanacaq”, - Şuranın yekdilliklə qəbul etdiyi qətnamədə bildirilib.
Avropa ölkələri İrana qarşı sanksiyaların bərpasını müzakirə etməyi planlaşdırır
Fransa və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) və danışıqların iflasa uğramasından sonra ölkəyə qarşı sanksiyaların bərpası məsələsini müzakirə etmək üçün avqustun 29-da qapalı məsləhətləşmələrin keçirilməsini tələb ediblər. Bu barədə diplomatik mənbə məlumat yayıb.
İran və "Avropa üçlüyünün" nüvə proqramı ilə bağlı danışıqları yekunlaşıb
Cenevrədə İran ilə “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında nüvə proqramı üzrə növbəti danışıqlar başa çatıb. Məlumatına görə, müzakirələrin nəticəsinə dair açıqlama verən İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran diplomatiyanın və mübahisəli məsələlərin qarşılıqlı faydalı həllinin tərəfdarı olaraq qalır.
BMT Təhlükəsizlik Şurası Livandakı sülhməramlılarla əlaqəli səsvermə keçirəcək
BMT Təhlükəsizlik Şurası bazar ertəsi Livanın cənubunda fəaliyyət göstərən BMT Sülhməramlı Missiyasının (UNIFIL) gələcək taleyi ilə bağlı səsvermə keçirəcək. ABŞ və İsrailin etirazlarına baxmayaraq, Fransa tərəfindən hazırlanmış layihəyə əsasən, missiyanın fəaliyyəti daha bir il uzadılacaq, eyni zamanda mərhələli şəkildə geri çəkilməyə hazırlıq görüləcək.
Qəzzadakı aclıq İsrailin soyqırımçı siyasətinin nəticəsidir - Türkiyə XİN
Türkiyə Xarici İşlər Nazirliyi BMT-nin Qəzzada aclıqla bağlı dərc etdiyi son hesabat və BMT Baş katibinin açıqlamalarına münasibət bildirib. Nazirlik bəyan edib ki, bu sənədlər İsrail Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımçı siyasətin yaratdığı insani faciəni bir daha ortaya qoyur.
Əraqçi və Lavrov Avropa üçlüyünün sanksiya təşəbbüsünü rədd edib
İranın xarici işlər naziri Abbas Əraqçi və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında baş tutan telefon danışığında tərəflər bildiriblər ki, Böyük Britaniya, Fransa və Almaniyanın BMT Təhlükəsizlik Şurasının (TŞ) İrana qarşı sanksiyaları bərpa etmək təşəbbüsü qanunsuzdur və bu ölkələrin belə bir səlahiyyəti yoxdur.
Israilin Qəzzanın işğalına dair planı fəlakətin başlanğıcıdır - Makron
Fransa prezidenti Emmanuel Makron İsrailin Qəzzanı işğal etmək qərarına sərt reaksiya verərək bu qərarı “misilsiz bir fəlakətin başlanğıcı” kimi qiymətləndirib. O, Qəzzadakı mülki əhalinin və HƏMAS-ın Qəzzada saxladığı girovların bu strategiyanın əsas qurbanı olmağa davam edəcəyini vurğulayıb və BMT mandatı altında beynəlxalq koalisiya yaradılması təklifini irəli sürüb.