ABŞ-ın sərgüzəştçi addımlarına dərhal cavab veriləcək - Əli Əkbər Vilayəti
İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti ABŞ-ni Fars körfəzində gərginliyin yenidən artmasında günahlandırıb. O bildirib ki, Donald Trampın müvəqqəti anlaşmanın ləğv olunduğunu açıqlaması bölgədə vəziyyəti daha da gərginləşdirib. Vilayəti İranın daha əvvəl də bölgənin siyasi qarşıdurma meydanına çevrilməsinə qarşı xəbərdarlıq etdiyini xatırladıb. Onun sözlərinə görə, istənilən sərgüzəştçi addım dərhal cavablandırılacaq. Baş müşavir İranın hər an cavab verməyə hazır olduğunu bildirib. O vurğulayıb ki, Tehran təhqir və hərbi təzyiq qarşısında geri çəkilməyəcək. Vilayətinin açıqlaması ABŞ ilə İran arasında qarşılıqlı ittihamların davam etdiyi bir vaxtda səsləndirilib.
İran Hizbullahın tərksilah edilməsinə qarşıdır - Xameneinin müşaviri
İran Livan hökumətinin “Hizbullah”ın tərksilah edilməsinə dair qərarına qarşıdır. Bu haqda İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bildirib. Onun sözlərinə görə, “Livanı qoruyan Hizbullah, bu amerikalı planlara qarşı özünü də qoruyacaq.”