Trampın öldüyü barədə şayiələr... İnsanların bu qənaətə gəlməsinə səbəb olan əsas amillər
Şayiələr onun Əmək bayramı (1 sentyabr) ilə bağlı istirahət günlərində ictimaiyyət qarşısına çıxmaması ilə başladı. Əksər prezidentlər həmin günlərdə iştirak edirdilər: məsələn, Co Bayden ötən il Kamala Harris kampaniyasında çıxış etmiş, əvvəlki il isə Filadelfiyada tədbirdə söz demişdi. Trampın sonuncu görünməsi isə həmin həftənin çərşənbə günü nazirlər kabinetinin iclasında olmuşdu. Görünməməsi sosial şəbəkələrdə söz-söhbətə səbəb oldu.
Trampın viza məhdudiyyətləri - xarici tələbələr və jurnalistlər hədəfdədir
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) açıqlamasına görə, təklif olunan qanun layihəsi qəbul edilərsə, F-1 və J-1 viza sahibləri, yəni xarici tələbələr və mədəni mübadilə proqramı iştirakçıları maksimum 4 il, xarici mətbuat nümayəndələri (I viza) isə 240 gün ölkədə qala biləcək. DHS-nin bəyanatında, əvvəlki administrasiyaların “qeyri-müəyyən müddətə qalmağa icazə verməsinin təhlükəsizlik riskləri yaratdığı və ABŞ vətəndaşlarını zərərə uğrattığı” iddia edilib. Yeni qaydaların sui-istifadəni aradan qaldıracağı və federal hökumətin yükünü yüngülləşdirəcəyi vurğulanıb. X platformasında yayılan fikirlər, bu təklifin xarici tələbələrə və ABŞ-ın beynəlxalq təhsil cəlbediciliyinə mənfi təsir göstərə biləcəyini qeyd edir.
Avropa liderləri Tramp administrasiyası ilə bağlı məsləhət istəyir - Bayden
ABŞ-ın keçmiş prezidenti Co Bayden bəzi Avropa liderlərinin hazırkı prezident Donald Tramp administrasiyası ilə bağlı narahatlıqlarını bölüşdüklərini və ondan məsləhət istədiklərini bildirib.
ABŞ yüz minlərlə immiqranta ölkəni tərk etmələri üçün bildiriş göndərib
ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Kuba, Haiti, Nikaraqua və Venesueladan olan yüz minlərlə mühacirə ölkədə yaşamaq və işləmək hüququ verən müvəqqəti statusun ləğv edildiyini açıqlayıb və onlara ölkəni tərk etmələri üçün bildirişlər göndərib.
Husilərin bombalanması – Vaşintqtondan Xameniye Trampnamə
ABŞ-ın Yəməndə husilərə qarşı hava hücumları Tramp administrasiyasının İranı təzyiq altında saxlamaq və Tehrana nüvə proqramı ilə bağlı ciddi danışıqlara məcbur etmək məqsədilə həyata keçirdiyi geosiyasi strategiyanın bir hissəsidir.