Qonşu ölkələrdən vətəninə geri qayıdan suriyalı qaçqınların sayı açıqlanıb
Suriyanın qonşu ölkələrində yaşayan təxminən 850 min qaçqın vətəninə geri dönüb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müavini Kelli Klements məlumat verib. Onun sözlərinə görə, ötən ilin dekabrında Bəşşar Əsəd rejiminin devrilməsindən sonra suriyalıların geri dönüş prosesi sürətlənib. Klements əlavə edib ki, yaxın həftələrdə bu rəqəmin 1 milyona çatacağı gözlənilir.
Əsəd rejiminin süqutundan sonra Türkiyədən öz ölkələrinə qayıdan suriyalıların sayı açıqlanıb
Türkiyədən öz ölkələrinə könüllü şəkildə geri dönən suriyalıların sayı 450 min 169 nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Yerlikaya qeyd edib ki, ötən ilin 8 dekabrından etibarən Suriyaya qayıdış müraciətləri artıb və həmin dövrdən indiyədək 450 min 169 nəfər könüllü şəkildə vətəninə dönüb.
Suriyada xarici döyüşçülərin taleyi: Çıxış yolu varmı?
Bu döyüşçülər illərdir "Heyət Tahrir əş-Şam"ın tərkibində mübarizə apararaq Bəşşar Əsədin devrilməsində mühüm rol oynamışdılar.
Husilərin bombalanması – Vaşintqtondan Xameniye Trampnamə
ABŞ-ın Yəməndə husilərə qarşı hava hücumları Tramp administrasiyasının İranı təzyiq altında saxlamaq və Tehrana nüvə proqramı ilə bağlı ciddi danışıqlara məcbur etmək məqsədilə həyata keçirdiyi geosiyasi strategiyanın bir hissəsidir.