8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Suriyada xarici döyüşçülərin taleyi: Çıxış yolu varmı?

Bu döyüşçülər illərdir "Heyət Tahrir əş-Şam"ın tərkibində mübarizə apararaq Bəşşar Əsədin devrilməsində mühüm rol oynamışdılar.

16 May 2025 12:00
Suriyada xarici döyüşçülərin taleyi: Çıxış yolu varmı?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

ABŞ-ın prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaların qaldırılması ilə bağlı irəli sürdüyü beş əsas şərtdən biri xarici döyüşçülərin ölkəni tərk etməsi tələbi idi. Bu tələb, hazırda ölkəyə rəhbərlik edən prezident Əhməd əş-Şəraanın hökuməti üçün çətin sınaqlardan biridir. Çünki bu döyüşçülər illərdir "Heyət Tahrir əş-Şam"ın tərkibində mübarizə apararaq Bəşşar Əsədin devrilməsində mühüm rol oynamışdılar.

Xarici döyüşçülərin axını necə başladı?

Suriyada vətəndaş müharibəsinin başlanğıcında, xüsusilə 2012–2014-cü illərdə, “Azad Suriya Ordusu”nun formalaşması ilə yanaşı, Yaxın Şərq və Avropadan yüzlərlə xarici döyüşçü ölkəyə daxil oldu. Türkiyə sərhədləri həm suriyalı qaçqınlar, həm də döyüş üçün gələn xaricilər üçün əsas keçid nöqtəsinə çevrildi. Bu dövrdə qeyri-ideoloji silahlı qruplara qoşulan bu şəxslər daha sonra "mühacirlər" adı ilə tanındı.

Əsəd rejiminin süqutu və xarici döyüşçülərin yüksəlişi

2024-cü ilin 8 dekabr tarixində Bəşşar Əsəd rejiminin devrilməsindən sonra xarici döyüşçülərdən ibarət olan “Türküstan İslam Partiyası”, “Əcnad əş-Şam” (çərkəz və çeçen əsilli döyüşçülər) və “Əcnad əl-Qafqaz” kimi qruplar “Heyət Tahrir əş-Şam”ın komandanlığı altında yeni ordu strukturuna daxil oldu. Prezident Əhməd əş-Şəraa, bu şəxslərin mübarizədəki xidmətlərini nəzərə alaraq onlara mükafat verilməli olduğunu bəyan etdi. Hətta bir qisiminə Suriya vətəndaşlığı verilməsi də gündəmə gəldi.

Xarici döyüşçülərə yüksək vəzifələr

Yeni hökumət tərəfindən xarici döyüşçülərdən bəziləri ordu daxilində yüksək rütbələrə təyin edildilər. Məsələn, iordaniyalı Əbdürrəhman Hüseyn əl-Xətib general rütbəsinə, misirli Əlaa Məhəmməd Əbdülbaki və uyğur əsilli Əbdüləziz Davud Xudabərdi isə polkovnik rütbəsinə yüksəldilər. Bu təyinatlar daxili və beynəlxalq dairələrdə narahatlıq doğurdu.

Tramp–Şəraa görüşü və reaksiya

Əhməd əş-Şəraa ilə Donald Tramp arasında Səudiyyə Ərəbistanında keçirilən görüşdən bir gün sonra İdlibdəki xarici döyüşçülərin mövqelərinə təhlükəsizlik qüvvələrinin reyd keçirməsi barədə xəbərlər yayılmağa başladı. Bu, Şəraanın ABŞ-ın tələblərinə cavab verməyə hazır olduğunu göstərən ilk siqnal kimi qiymətləndirildi.

“Mühacirlər” arasında daxili münasibət

Suriyalı ordu zabiti və keçmiş "Heyət Tahrir əş-Şam" komandiri Kərim Məhəmmədin sözlərinə görə, bu xarici döyüşçülər Suriyada ciddi xalq dəstəyinə sahibdir və hökumət onların inteqrasiyasına yönəlmiş siyasət yürüdür. Mümkün həll kimi onlara vətəndaşlıq verilməsi, cəbhə bölgələrinə qaytarılması və döyüşdən uzaqlaşdırılaraq cəmiyyətə inteqrasiyası gündəmdədir.

ABŞ və Qərbin tələbləri nədir?

Radikal qruplaşmalar üzrə tədqiqatçı Hüsam Cəzmatiyə görə, ABŞ və Qərb dövlətləri bu şəxslərin ölkədən çıxarılmasından daha çox, onların dövlətin təhlükəsizlik və hərbi strukturlarında yer almamasını, həmçinin Suriya ərazisinin beynəlxalq terror hücumları üçün istifadə olunmamasını tələb edir.

İslamçı qrupların mövqeyi

Xarici döyüşçülərin Suriyadan çıxarılması və ya ölkələrinə ekstradisiya olunması onların döyüşdükləri ideologiyalara və islamçı qrupların təməl prinsipinə ziddir. Əksəriyyəti "mühacir" adlandırılan bu şəxslər üçün bu tələblər qəbulolunmaz sayılır. "Türküstan İslam Partiyası"nın komandiri Əbu Hafs Türkistani deyir: “Biz buraya Suriyalılara kömək üçün gəldik, maddiyat və vəzifə üçün yox.”

Gələcək üçün həll yolu nədir?

Cəzmatiyə görə, bu şəxslər yalnız mülki statusla və hüquqi əsasla Suriyada qala bilərlər. Amma onlar hərbi və siyasi gücə sahib olmamalı, həm də ölkə ərazisindən öz ölkələrində və ya başqa yerlərdə cihad məqsədilə istifadə etməməlidirlər.

İdeoloji parçalanmalar və qruplaşmalar

2013-cü ildən etibarən "Cəbhət ən-Nusra" ilə "İŞİD" arasındakı ixtilaflar xarici döyüşçüləri də iki yerə böldü. Onların bir qismi "İŞİD"ə keçdi. Bundan əlavə, "Cundul Əqsa", "Ənsar ət-Tövhid", "Əcnad əş-Şam", "Əcnad əl-Qafqaz" kimi etnik və ideoloji əsaslı yeni qruplar meydana çıxdı.

“Suriya daxili cihad” siyasətinə dönüş

2014–2018-ci illər arasında “Heyət Tahrir əş-Şam” xarici döyüşçülərin təsirini azaltmaq üçün sistematik təmizləmə siyasəti həyata keçirdi. Əhməd əş-Şəraa öz çıxışlarında artıq "ümumdünya cihadı" deyil, “Şam xalqının inqilabı” ifadələrini işlədərək münaqişənin lokal xarakter daşıdığını vurğulamağa başladı.

Hazırda Prezident Şəraa ölkə daxilində stabilliyi qorumaqla bərabər, beynəlxalq cəmiyyətin şərtlərinə də əməl etməyə çalışır. Xarici döyüşçülərin taleyi bu balansın ən kritik sınağı olaraq qalır. Onların ordu və hökumətdən uzaqlaşdırılması, amma eyni zamanda cəmiyyətə inteqrasiyası prosesi qarşıdakı dövrdə Suriyanın sabitliyi üçün həlledici olacaq.

Məqalədə: #Suriya #Bəşşar Əsəd #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Silahlı qruplar və Suriya #Suriya ordusu və təhlükəsizlik #Suriyada hərbi əməliyyatlar 2025 #Suriyada son vəziyyət #Suriya müxalifəti #Suriya inqilabı #Suriya hökuməti #Suriya hava məkanı #SDQ və Suriya ordusunun birləşməsi #Bəşşar Əsəd rejimi #Donald Tramp Suriya #Tramp Şəraa görüşü #Bəşşar Əsəd rejiminin sonu

Mövzu üzrə digər xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Siyasət

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

10:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.