Netanyahu hakimiyyətdə qalmaq üçün dünyanı alova atır - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu, korrupsiya istintaqları səbəbilə sıxışdığı üçün hakimiyyətini qorumaq naminə regionu və dünyanı alova sürükləyir. Ərdoğan bu fikirləri Prezident Administrasiyasında keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada səsləndirib. “Torpaqlarını, azadlıqlarını və şərəflərini qoruyan Fələstin xalqının yanında qəti şəkildə dayanırıq”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyədə Nazirlər Kabinetinin iclasında Qəzzadakı vəziyyət və Azərbaycan-Ermənistan sülh sazişi müzakirə olunacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabineti iclasında İsrailin Qəzzanı işğal planına qarşı Türkiyənin atacağı addımlar və “Terrorsuz Türkiyə” prosesi çərçivəsində son inkişaflar müzakirə olunacaq. İclasın gündəliyində həmçinin daxili və xarici siyasətdəki digər mühüm məsələlər də yer alacaq.
İsrail-İran gərginliyi Türkiyənin enerji təchizatında problem yaratmır - Bayraktar
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İsrail və İran arasında artan gərginliyin qlobal neft təchizatına mümkün təsirlərini şərh edib. O bildirib ki, hazırda Türkiyənin enerji təchizatında hər hansı bir təhlükə və ya çatışmazlıq müşahidə olunmur.