14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İsrail-İran gərginliyi Türkiyənin enerji təchizatında problem yaratmır - Bayraktar

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İsrail və İran arasında artan gərginliyin qlobal neft təchizatına mümkün təsirlərini şərh edib. O bildirib ki, hazırda Türkiyənin enerji təchizatında hər hansı bir təhlükə və ya çatışmazlıq müşahidə olunmur.

17 İyun 2025 13:24
İsrail-İran gərginliyi Türkiyənin enerji təchizatında problem yaratmır - Bayraktar

Bakı, AzerVoice

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İsrail və İran arasında artan gərginliyin qlobal neft təchizatına mümkün təsirlərini şərh edib. O bildirib ki, hazırda Türkiyənin enerji təchizatında hər hansı bir təhlükə və ya çatışmazlıq müşahidə olunmur.

AzerVoice xəbər verir ki, nazir qeyd edib ki, İranla qaz idxalı davam edir və bu sahədə də problem gözlənilmir "Arz təhlükəsizliyində hər hansı bir problem görmürük. İran qazını alırıq, amma 2019-cu ildən bu yana İrandan neft almırıq. Qaz təchizatında da problem yoxdur."

Alparslan Bayraktar, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident Aparatında keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən əlavə edib ki, İsrail-İran qarşıdurması qlobal bazarda neft qiymətlərinə təsir edə bilər.

"Bu vəziyyət dünya üzrə təchizata mənfi təsir göstərə bilər. Qiymətlər artıq buna reaksiya verməyə başlayıb və bir qədər yüksəlib. Daha da qalxması mümkündür. Ancaq təchizat tərəfində hər hansı problem görmürük."- deyə Bayraktar vurğulayıb.

Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın nüvə obyektləri və hərbi rəhbərliyini hədəf alan genişmiqyaslı hücuma başlayıb. Həmin hücum nəticəsində İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun komandanı, yüksək rütbəli hərbçilər və 9 nüvə alimi həlak olub. Mülki itkilərin ümumi sayı 224 nəfər olaraq açıqlanıb.

İran bu hücuma cavab olaraq İsrailə ballistik raketlər atıb. Bu qarşı hücumlar nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yanaralandığı bildirilib.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Alparslan Bayraktar #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #Türkiyə Nazirlər Kabineti #İsrail və İran gərginliyi #İsrail-İran münaqişəsi #İran və İsrail gərginliyi #İran-İsrail münaqişəsi #İsrail İran hücumu #İsrail İran hücumu 2025

Mövzu üzrə digər xəbərlər

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.