DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrә) keçirəcək. İmtahan vermək üçün 984 nəfər müraciət edib.
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək. Bmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.