PKK və onun törəmələri bütün terror fəaliyyətlərini dərhal dayandırmalıdır - Güler
PKK və onun müxtəlif adlar altında fəaliyyət göstərən bütün qolları həm ölkə daxilində, həm də sərhədlər xaricində terror fəaliyyətlərinə dərhal son qoymalıdır
DEM heyəti ilə Ərdoğan arasında ilk görüş baş tutub
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, DEM Partiyasının İmralı heyəti ilə Beştepedə görüş keçirib. Təxminən 1 saat davam edən görüş mediaya qapalı şəkildə baş tutub. Qəbulda DEM Partiyasının təmsilçiləri – TBMM sədr müavini və Van millət vəkili Pervin Buldan, Şanlıurfa millət vəkili Mithat Sancar, həmçinin AK Partinin sədr müavini Efkan Ala və MİT sədri İbrahim Kalın iştirak ediblər.
PKK Türkiyədən çıxır
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin Türkiyə Böyük Millət Məclisində (TBMM) terror təşkilatı PKK və onun lideri Abdullah Öcalana ünvanladığı tarixi çağırışdan sonra prosesdə diqqətçəkən addımlar atılır.Bahçelinin çıxışının ardından terror təşkilatının başçısı Abdullah Öcalan da bəyanat yayaraq təşkilatın özünü buraxdığını və silahlı mübarizədən imtina etdiyini açıqlamışdı.
Türkiyə Suriyanın şimalında tunelləri məhv edib
Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Suriya Demokratik Qüvvələri” (SDQ) tərəfindən qazılmış 702 kilometr uzunluğunda tunelləri məhv edib.
Suriyanın Hələb şəhərində güclü partlayış baş verib
Suriyanın şimalında, Hələb şəhərinin Əşrəfiyyə məhəlləsində naməlum səbəbdən güclü partlayış baş verib. Partlayış terrorçu PKK/YPG-nin nəzarətində olan Əşrəfiyyə məhəlləsindəki bir parkda qeydə alınıb. Hadisənin səbəbi hələlik müəyyən edilməyib, rəsmi açıqlama isə verilməyib.
SDQ terrorçuları Suriya hökümətini hücumlar təşkil etməkdə ittiham edir
PKK terror təşkilatının Suriya qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) hökumətə bağlı silahlı dəstələri ölkənin şimal və şərqində yeni hücumlar həyata keçirməkdə ittiham edib. Qüvvələrin açıqlamasına görə, Deyr Hafər ətrafında baş verən toqquşmalarda 7 döyüşçü yaralanıb.
Suriyada qanlı savaş davam edəcəkmi?
"Demokratik Güclər" adı altında gizlənən və ABŞ tərəfindən dəstəklənən terror qruplaşması ilə Suriya hökumət qüvvələri arasında toqquşma qaçılmazdır". Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu kürdlərin rəhbərlik etdiyi terrorçu Suriya Demokratik Qüvvələrinin (SDQ) bölmələri ilə Suriya ordusu arasında baş verən insidenti şərh edərkən deyib. Ekspert bildirib ki, Suriya ilə İsrail arasında detalları açıqlanmayan danışıqlar gedir:
PKK dərhal silahlarını təhvil verməlidir - Yaşar Gülər
Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, PKK onun müxtəlif adlar altında fəaliyyət göstərən bütün uzantıları, xüsusilə də Suriyada mövcud olan strukturlar, şərtsiz şəkildə silahlarını təhvil verməlidir. Nazir bölgədə artan gərginliklər fonunda Türkiyənin mövqeyini izah edərək, ölkənin həm regional, həm də qlobal məsələlərdə barışdan yana prinsipial mövqe sərgilədiyini qeyd edib.
"Terrorsuz Türkiyə" prosesi ölkənin inkişafına xidmət edəcək - TBMM sədri
“Terrorsuz Türkiyə” prosesi ölkənin inkişafına, şərq ilə qərb arasında ümumi zənginləşməyə və rifaha xidmət edəcək. Bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş səsləndirib. O bildirib ki, terror probleminin tamamilə aradan qaldırılması yalnız təhlükəsizlik tədbirləri ilə mümkün deyil. Bu, çoxşaxəli və hərtərəfli yanaşma tələb edən prosesdir. Kurtulmuş, həmçinin cəmiyyətin müxtəlif təbəqələrinin dinlənməsinin vacibliyini vurğulayıb, eyni zamanda sürətli addımların atılmasının da zəruriliyini qeyd edib.
Səudiyyə Suriyaya neft hədiyyə edir
Səudiyyə Ərəbistanı Suriyaya 1 milyon 650 min barrel xam neft hədiyyə edəcək. Məlumata görə, Suriya Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı İnkişaf Fondu arasında ölkəyə 1 milyon 650 min barrel xam neftin tədarükünü nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Fond tərəfindən Suriyaya göndəriləcək neft hədiyyə xarakteri daşıyır.
Türkiyəni terror bəlasından xilas edəcəyik - Ərdoğan
Türkiyəni terror bəlasından xilas edəcəyik. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada keçirilən 300 mininci Təbii Fəlakət Mənzili Püşkatma mərasimində çıxış edərkən səsləndirib. “Bizim gündəmimizdə yalnız ölkəni terror bəlasından əbədi olaraq xilas etmək var. Bu çərçivədə səbrlə və soyuqqanlılıqla çalışırıq. Məqsədimizə yaxınlaşdıqca hücumlar daha da artır. Bir tərəfdən əsassız xəbərlərlə şəhid və qazi ailələrimizi narahat etməyə cəhd edirlər. Muhtarlıqların bağlanması isə əsla gündəmdə deyil” – deyə, Ərdoğan bildirib.
Türkiyə Silahlı Qüvvələri Suriyada 580 kilometrlik tuneli məhv edib - Türkiyə MN
Türkiyə Milli Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələrinin (TSK) terrorla mübarizədə qətiyyətli fəaliyyətlərini davam etdirdiyini və Suriyadakı əməliyyat bölgələrində indiyədək 580 kilometr uzunluğunda tunelin məhv edildiyini açıqlayıb. Eyni zamanda, TSK inventarına yeni yerli və milli sistemlərin daxil olduğu bildirilib. Nazirlik tərəfindən keçirilən həftəlik mətbuat brifinqində terrorla mübarizə, sərhəd təhlükəsizliyi, beynəlxalq missiyalar və müdafiə sənayesindəki son yeniliklər barədə ətraflı məlumat verilib. Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, TSK-nın həm ölkə daxilində, həm də sərhəd kənarında terrorçulara qarşı mübarizəsi fasiləsiz davam edir. Son bir həftə ərzində daha bir PKK terrorçusu təslim olub. Suriya əməliyyat bölgələrində, xüsusilə Tel Rıfat və Menbiçdə məhv edilən tunellərin ümumi uzunluğu 580 kilometrə çatıb.