13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

SDQ terrorçuları Suriya hökümətini hücumlar təşkil etməkdə ittiham edir

PKK terror təşkilatının Suriya qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) hökumətə bağlı silahlı dəstələri ölkənin şimal və şərqində yeni hücumlar həyata keçirməkdə ittiham edib. Qüvvələrin açıqlamasına görə, Deyr Hafər ətrafında baş verən toqquşmalarda 7 döyüşçü yaralanıb.

6 Oktyabr 2025 04:00
SDQ terrorçuları Suriya hökümətini hücumlar təşkil etməkdə ittiham edir

BAKI,AzerVoice

PKK terror təşkilatının Suriya qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) hökumətə bağlı silahlı dəstələri ölkənin şimal və şərqində yeni hücumlar həyata keçirməkdə ittiham edib. Qüvvələrin açıqlamasına görə, Deyr Hafər ətrafında baş verən toqquşmalarda 7 döyüşçü yaralanıb.

SDQ- bildirilib ki, hökumət qüvvələrinə məxsus “intihar dronu” hərbi avtomobili hədəfə alıb, nəticədə 3 döyüşçü yüngül yaralanıb. Ardınca daxili təhlükəsizlik qüvvələrinin patrulunu hədəfə alan PUA hücumu nəticəsində daha 4 nəfər yaralanıb.

Təşkilat qeyd edib ki, bölgədəki yaşayış məhəllələri də artilleriya atəşinə məruz qalıb. SDQ bu hücumları “mülki əhalinin həyatına birbaşa təhdid və qorxu yaymaq məqsədi daşıyan” hərəkətlər kimi qiymətləndirib.

Bəyanatda vurğulanıb ki, bu cür təkrarlanan hücumlar “Suriyanın şimal və şərqində xaos yaratmaq və sabitliyi pozmaq” məqsədi güdür. SDQ rəhbərliyi isə bölgə təhlükəsizliyini qorumaq və sabitliyi təmin etməkdə qərarlı olduqlarını bildirib.

Dövlətlə inteqrasiya prosesi ləngiyir

Qeyd edək ki, mart ayında SDQ rəhbərliyi ilə Suriya hökuməti arasında dövlətin yeni qurumlarına inteqrasiya, sərhəd-keçid məntəqələrinin, neft yataqlarının və hava limanlarının hökumətə təhvil verilməsi barədə razılaşma imzalanmışdı. Razılaşmanın ilin sonuna qədər tam icrası planlaşdırılsa da, Suriya prezidenti Əhməd əl-Şəraa ötən ay bu prosesdə “gecikmə və ya süni maneələr” olduğunu bildirmişdi.

Məqalədə: #PKK #PUA #PKK terror təşkilatı #PKK/YPG #PKK/YPG və Suriya #PKK terrorçuları #PKK və YPG hədəfləri #PKK-ya yaxın qurumlar #SDQ və Suriya ordusunun birləşməsi #PKK və Türkiyə münaqişəsi #Suriya Demokratik Qüvvələri #Mazlum Əbdi və SDQ #PKK terror təşkilatının Suriya qolu

Mövzu üzrə digər xəbərlər

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

12 Sentyabr 19:01

Son Xəbərlər

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
07:46
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.