11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə Suriyanın şimalında tunelləri məhv edib

Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Suriya Demokratik Qüvvələri” (SDQ) tərəfindən qazılmış 702 kilometr uzunluğunda tunelləri məhv edib.

23 Oktyabr 2025 18:50
Türkiyə Suriyanın şimalında tunelləri məhv edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Suriya Demokratik Qüvvələri” (SDQ) tərəfindən qazılmış 702 kilometr uzunluğunda tunelləri məhv edib.

AzerVoice xəbər verir ki, Ankara həmçinin SDQ -nin martın 10-da Dəməşqlə imzaladığı razılaşma çərçivəsində Suriya dövlət institutlarına inteqrasiyanı həyata keçirməli olduğunu xatırladıb.

Nazirliyin sözçüsü Zəki Aktürk cümə axşamı keçirilən həftəlik brifinqdə bildirib ki,“Silahlı Qüvvələrimiz terrorizmə qarşı mübarizəni qətiyyətlə davam etdirir, sərhədlərimizi qoruyur. Bu çərçivədə Suriyanın şimalındakı ‘Fərat qalxanı’, ‘Zeytun budağı’ və ‘Sülh çeşməsi’ əməliyyat bölgələrində mağara, sığınacaq və tunellərin axtarışı davam edib.”

O qeyd edib ki, “YPG”nin nəzarətindəki ərazilərdə tikilmiş tunellər tamamilə məhv edilib.

“8 dekabr 2024-dən etibarən Tel-Rifatda 302 kilometr, Münbiçdə isə 400 kilometr olmaqla ümumilikdə 702 kilometrlik tunel sistemi dağıdılıb.”-deyə o bildirib.

Nazirlik nümayəndəsi bildirib ki, Suriya hökuməti və onun bütün qurumları ölkədə sabitliyi və təhlükəsizliyi bərpa etmək istiqamətində intensiv fəaliyyət göstərir.

Onun sözlərinə görə, Türkiyə və Suriya müdafiə nazirlikləri arasında 13 avqust 2024-cü ildə Ankarada imzalanmış hərbi əməkdaşlıq memorandumuna əsasən, iki ölkə arasında təlim, texniki məsləhət və müdafiə dəstəyi proqramları həyata keçirilir.

Rəsmi mənbəyə görə, Ankara SDQ - nin Suriya ordusuna və dövlət institutlarına inteqrasiyası prosesini yaxından izləyir, bu məsələnin “Suriya dövlətinin siyasi və ərazi bütövlüyü üçün həyati əhəmiyyət daşıdığını” vurğulayır.

“Terror təşkilatı ‘SDQ Suriyanın birliyini təhdid edən hər cür fəaliyyət və ritorikadan əl çəkməlidir,” - deyə nazirlik rəsmisi bildirib.

Türkiyə tərəfi “bir dövlət, bir ordu” prinsipinə sadiq qalaraq Dəməşqlə sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Türkiyə parlamentindən yeni mandat

Aktürk bildirib ki, Türkiyə parlamenti 30 oktyabrdan etibarən qüvvəyə minməklə Suriya və İraqa qoşun göndərmə mandatını üç il müddətinə uzadıb.

Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə parlamentə müraciət edərək bu səlahiyyətin uzadılmasını təklif etmişdi.

Prezidentin təqdim etdiyi sənəddə qeyd olunur ki,“Türkiyənin cənub sərhədləri boyunca davam edən terror təhdidi və bölgədə daimi sabitliyin bərqərar olmaması milli təhlükəsizlik üçün risk yaradır.”

Sənəddə həmçinin vurğulanır ki, PKK, PYD/YPG və İŞİD kimi təşkilatlar hələ də Suriyada mövcuddur və Türkiyənin milli təhlükəsizliyinə ciddi təhdid yaradır.

BMT-də “QSD”yə xəbərdarlıq

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Əhməd Yıldız BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki,
“PKK/YPG bölgədə ideoloji və repressiv davranışlarını davam etdirir, yerli icmaların etirazına səbəb olur.”

Diplomat xüsusilə xristian məktəblərinin bağlanmasını və məcburi kürd tədris proqramlarının tətbiqini tənqid edib.

Yıldız martın 10-da Dəməşqlə imzalanmış inteqrasiya sazişinin icrasının vacibliyini və Suriyanın şimal-şərq vilayətlərinin mərkəzi hökumətin inzibati və təhlükəsizlik nəzarətinə qaytarılmasının zəruriliyini vurğulayıb.

“Suriya üzərində qalan sanksiyalar aradan qaldırılmalı, ölkənin suverenliyi və ərazi bütövlüyü qorunmalıdır,” – deyə Yıldız əlavə edib.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Türkiyə Silahlı Qüvvələri #PKK terror təşkilatı #İŞİD terror təşkilatı #Əhməd Yıldız #PYD #Əhməd Əl-Şaraa #Suriya Müdafiə Nazirliyi #YPG terrorçuları #Türkiyə Böyük Millət Məclisi (TBMM) #SDQ (Suriya Demokratik Qüvvələri) #yeraltı hərbi tunellər #Suriya Respublikası #Fərat qalxanı əməliyyatı #Zeytun budağı əməliyyatı #Sülh çeşməsi’ əməliyyatı #Tel-Rifat #Münbiç

Mövzu üzrə digər xəbərlər

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
Türk Dövlətləri

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi

10 Sentyabr 18:01
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyə

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb

10 Sentyabr 15:12
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.