İraq Asiya kubokuna hazırlıq çərçivəsində İran və İordaniya ilə qarşılaşmağı planlaşdırır
İraq Futbol Federasiyası 2027-ci il Asiya kubokunun yekun mərhələsinə hazırlıq çərçivəsində noyabr ayında Bəsrə vilayətində dördtərəfli yoldaşlıq turniri təşkil etməyi nəzərdə tutur. İraq Futbol Federasiyasının idarə heyətinin üzvü Əhməd əl-Musəvi təşkil olunacaq turnirdə güclü komandaların mübarizəsini təmin etmək məqsədilə İran, Özbəkistan və İordaniya milli komandalarına, habelə bir neçə başqa Asiya yığmasına müraciət edildiyini bildirib.
Asiya Futbol Konfederasiyası Millətlər Liqası turnirinin yaradılacağını elan edib
Asiya Futbol Konfederasiyası (AFC) Millətlər Liqası turnirinin yaradılması barədə rəsmi elan yayıb. Bu barədə təşkilatın Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, yeni turnirin əsas məqsədi milli komandalar arasında rəqabət səviyyəsini artırmaq, eyni zamanda kommersiya imkanlarını genişləndirməkdir. Layihənin icrasına yaxın vaxtlarda başlanacağı qeyd olunsa da, dəqiq tarixlər açıqlanmayıb.