Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir
Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (IARC) yeni hesabatına görə, dünyada ən yüksək alkoqol istehlakına malik region olan Avropa İttifaqında yalnız 2020-ci ildə 111 mindən çox yeni xərçəng hadisəsi alkoqol istifadəsi ilə əlaqələndirilib. ÜST-ün məlumatına əsasən, dünya üzrə alkoqolla əlaqəli xərçəng hallarının sayı 741 minə çatıb, bu xəstəliklərdən təsirlənənlərin təxminən 70 faizi kişilərdir.
Almaz texnologiyası ilə süd vəzi xərçənginin yayılması aşkar edilə bilər
İngiltərəli alimlər süd vəzi xərçənginin limfa düyünlərinə yayılmasını izləmək üçün yeni üsul təqdim ediblər. Onların hazırladığı almaz əsaslı sensorlar əməliyyat zamanı metastaz etmiş hüceyrələrin dəqiq müəyyənləşdirilməsinə imkan yarada bilər.