Ərdoğan və Makron Qəzzadakı vəziyyəti müzakirə edib
Prezidentin Kommunikasiyalar İdarəsinin yaydığı məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan söhbətdə iki ölkə arasında ikitərəfli əlaqələr, Rusiya-Ukrayna müharibəsi və Qəzzadakı son durum müzakirə olunub. Prezident Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini ədalətli sülh yolu ilə başa çatdırmaq üçün səylərini davam etdirdiyini və tərəflər arasında danışıqlara ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb. Dövlət başçısı, həmçinin, Qəzzada humanitar fəlakətin dərinləşdiyini, atəşkəsin vacibliyini və İsrailin bölgədəki addımlarının cilovlanmasının zəruriliyini diqqətə çatdırıb.
İsrail həqiqəti ört-basdır etmək üçün jurnalistləri hədəfə alır - Duran
Duran sosial media hesabında İsrail ordusunun Şifa xəstəxanası yaxınlığında jurnalistlərin məskunlaşdığı çadırı birbaşa hədəfə aldığını, nəticədə ikisi “Əl-Cəzirə” müxbiri olmaqla beş jurnalistin öldüyünü bildirib. “İsrail körpələrə, uşaqlara, qadınlara, qocalara və xəstələrə qarşı törətdiyi soyqırımın görünməsini əngəlləmək üçün jurnalistləri məqsədli şəkildə hədəfə alır. Həm insanlığı, həm də həqiqəti məhv etməyə çalışır. Bu, beynəlxalq hüququn açıq-aşkar pozulması və müharibə cinayətidir” — deyə Duran vurğulayıb.
Türkiyə və Seneqal strateji tərəfdaşlığı möhkəmləndirir
Seneqalın Kommunikasiyalar Direktoru Burhanəddin Duranın açıqlamasına əsasən, Sonko 6-11 avqust tarixlərində Türkiyədə rəsmi səfərdə olacaq. Görüşlərdə Türkiyə və Seneqal arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və strateji tərəfdaşlığın dərinləşdirilməsi müzakirə olunacaq. Səfər zamanı həmçinin regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılacaq, müxtəlif əməkdaşlıq müqavilələrinin imzalanması planlaşdırılır.
Fahrettin Altun vəzifəsini Burhanəddin Durana təhvil verib
İdarənin rəhbəri vəzifəsini Prof. Dr. Fahrettin Altun yeni kommunikasiya direktoru təyin olunan Prof. Dr. Burhanəddin Durana təhvil verib.
Fidan Burhanəddin Duranı yeni vəzifəsi münasibətilə təbrik edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezidentin Kommunikasiya Direktoru vəzifəsinə təyin edilən Burhanəddin Duranı təbrik edib və yeni vəzifəsində ona uğurlar arzulayıb.
Burhanəddin Duran Türkiyə Prezidentinin Kommunikasiyalar Direktoru təyin edilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı və bu gün Rəsmi Qəzetdə dərc edilən təyinat sərəncamına əsasən, Xarici İşlər Nazirinin müavini Prof. Dr. Burhanəddin Duran Prezidentin Kommunikasiyalar Direktoru vəzifəsinə təyin olunub.