5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Fahrettin Altun vəzifəsini Burhanəddin Durana təhvil verib

​İdarənin rəhbəri vəzifəsini Prof. Dr. Fahrettin Altun yeni kommunikasiya direktoru təyin olunan Prof. Dr. Burhanəddin Durana təhvil verib.

10 İyul 2025 15:38
Fahrettin Altun vəzifəsini Burhanəddin Durana təhvil verib

BAKI, AzerVoice

Türkiyə Rabitə İdarəsində vəzifə təhvil-təslimi baş tutub – Fahrettin Altun vəzifəsini Burhanəddin Durana təhvil verib.

AzerVoice xəbər verir ki, Türkiyə Prezident Administrasiyası nəzdindəki Rabitə İdarəsində vəzifə təhvil-təslim mərasimi keçirilib.

İdarənin rəhbəri vəzifəsini Prof. Dr. Fahrettin Altun yeni kommunikasiya direktoru təyin olunan Prof. Dr. Burhanəddin Durana təhvil verib.

Fahrettin Altun mərasimdəki çıxışında bildirib ki, yeddi il ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə dövlətin informasiya siyasətini formalaşdırmaq və həyata keçirmək üçün çalışıb.

“Biz strateji kommunikasiya, xalq diplomatiyası, dezinformasiya ilə mübarizə və ölkə brendinqi kimi sahələrdə mühüm addımlar atdıq. Burhanəddin Duran kimi təcrübəli və dəyərli bir insana bu vəzifəni təhvil verdiyim üçün qürur duyuram.” - deyə o bildirib.

Yeni kommunikasiya direktoru Burhanəddin Duran isə çıxışında Fahrettin Altunun yüksək standartlar qoyduğunu və bu mirası daha da gücləndirmək üçün çalışacaqlarını bildirib:

“Rabitə İdarəsi dövlətimizin strateji sütunlarından biridir. Həqiqətə əsaslanan kommunikasiya modeli ilə ölkə daxilində etimadı, xaricdə isə Türkiyənin təsir gücünü artırmaq əsas hədəfimiz olacaq.”

Burhanəddin Duran qeyd edib ki, strateji kommunikasiya və xalq diplomatiyası vasitəsilə Yeni Türk Əsrinin dəyərlərini qlobal miqyasda çatdırmaq üçün səylər davam etdiriləcək.

Qeyd edək ki, Prof. Dr. Burhanəddin Duran uzun illər SETA Strateji Araşdırmalar Vəqfində rəhbər vəzifələrdə çalışıb, akademik fəaliyyəti ilə yanaşı hökumətin informasiya siyasətinə dəstək verib. Onun kommunikasiya direktoru vəzifəsinə təyin olunması Türkiyənin qlobal informasiya strategiyasının yeni mərhələsinə keçidi kimi qiymətləndirilir.

Məqalədə: #Türkiyə #Fahrettin Altun #Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi #Burhanəddin Duran #Prezidentin Kommunikasiyalar Direktoru

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.