FETÖ-yə qarşı əməliyyatlarımız davam edir - Ərdoğan
FETÖ-yə qarşı mübarizəmiz davam edir. 1 634 nəfərə ömürlük həbs cəzası verilib. Cəzaçəkmə müəssisələrində 11 min təşkilat üzvü var. Əməliyyatlarımız davam edir.
15 iyulda millətimiz tarix yazdı - Ərdoğan
Bu millət həmin gecə bir tarix yazdı. Daşıdığı güclü imanla bu millət min ildir ki, məzlumlara ümid, düşmənlərə qorxu verən bir millətdir. FETÖ-çülərin ölkəmizi sürükləmək istədiyi çirkli bataqlıq o gecə göstərilən mübarizə ilə quruduldu. Bu işğal cəhdi dəf edildi.
15 İyul - Türk xalqının demokratiya uğrunda dirənişi
2016-cı ilin 15 iyul gecəsi Türkiyə tarixinin ən kritik dönəmlərindən biri yaşandı. Orduya uzun illər sızmış FETÖ (Fətullahçı Terror Təşkilatı) tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdi, ölkənin demokratik nizamını məhv etmək məqsədi daşıyırdı. Lakin bu gecə həm də Türk xalqının azadlıq, iradə və milli birlik uğrunda göstərdiyi misilsiz qəhrəmanlığın simvoluna çevrildi.