Fransada isti havalardan dolayı ölüm halları 30 faiz artıb
Fransada iyunun 22-dən başlayan və ölkəni əhatə edən rekord isti hava dalğası fonunda ölüm halları əvvəlki həftə ilə müqayisədə təxminən 30 faiz artıb. Fransanın İctimai Səhiyyə Qurumunun açıqladığı yeni hesabata görə, həmin həftə əvvəlki həftə ilə müqayisədə 2 025 əlavə ölüm halı qeydə alınıb ki, bu da 29,1 faizlik artım deməkdir. Qurum bildirib ki, təqdim olunan göstəricilər hələ tam deyil və yekun rəqəmlər daha yüksək ola bilər.
BƏƏ-də bu yay rekord həddə yaxın temperatur artımı qeydə alınıb
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bu yay rekord həddə yaxın temperatur artımı müşahidə olunub. Məlumata görə, ölkə tarixində ən isti baharın qeydə alınmasından sonra avqustun əvvəlində temperatur kəskin yüksəlib.