Ukrayna ilə bağlı razılaşma əldə olunmasa, Rusiyanı ciddi nəticələr gözləyir - Tramp
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər avqustun 15-də Alyaskada keçiriləcək Rusiya–ABŞ sammitində Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində razılıq əldə olunmasa, Rusiya ciddi nəticələrlə üzləşəcək. Bu barədə Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp Alyaska sammitində Ukraynada atəşkəsin əldə olunması üçün çalışacaq - Makron
ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada keçiriləcək sammitdə Ukraynada atəşkəs əldə olunması üçün səylər göstərəcək. Bu barədə Fransa prezidenti Emmanuel Makron, Avropa liderləri və Trampın iştirakı ilə keçirilən onlayn görüşdən sonra açıqlama verib.