İsrailin saxladığı «Əzm Donanması»nın fəallarını nə gözləyir?
İsrail Hərbi Dəniz Qüvvələri Qəzzaya humanitar yardım aparan «Əzm Donanması»nın (SUMUD) mülki qayıqlarını saxlayıb. 40-dan çox qayıqda olan təxminən 500 nəfər - parlament üzvləri, vəkillər və fəallar - hüquqi baxımdan əsasən şəxsiyyətin müəyyənləşdirilməsi, qısa müddətli saxlanma və ölkədən çıxarılma prosedurları ilə üzləşəcək.
İsrail gəmiləri Qəzzaya yollanan “Əzm Donanması”na qarşı tərxibata başlayıb
Sentyabrın ortalarında Tunisdən yola çıxan “Əzm Donanması” daha öncə İspaniyadan hərəkətə başlayıb. Donanmada 45-ə yaxın gəmi və 40-dan çox ölkədən yüzlərlə aktivist iştirak edir. Onlar uşaq qidası, ərzaq və tibbi ləvazimatlar daşıyır və missiyanın tamamilə zorakılıqdan uzaq olduğunu vurğulayırlar.