BƏƏ-də şirkət açmaq asandır, lakin bank hesabı olmadan fəaliyyət qeyri-mümkündür - Şahmar Kərimov
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) şirkət qurmaq prosesi əlverişli vergi mühiti və qlobal imkanları ilə investorları cəlb etsə də, bir çox sahibkar strateji bir səhvə yol verir. Bir çox iş adamının “əvvəl şirkəti qur, bank hesabını sonra açarsan” yanaşması ilə hərəkət etdiyini qeyd edən Ş.Kərimov, bunun ciddi risklər yaratdığını vurğulayıb. Onun sözlərinə görə, bank hesabı, rezidentlik vizası və "Emirates ID" kartı olmadan şirkət hüquqi olaraq mövcud sayılsa da, kommersiya baxımından tamamilə hərəkətsiz qalır. “Struktur düzgün qurulmadıqda ödəniş qəbul etmək, təchizatçılara pul köçürmək və dövlət xidmətlərindən yararlanmaq qeyri-mümkündür”-deyə o əlavə edib.
Biznesinizi Birləşmiş Ərəb Əmirliklərində “Biznesetup” ilə qurun
Bu gün Birləşmiş Ərəb Əmirkiklərində olan münbit investisya mühiti bir çox sahibkarlarla yanaşı eləcə də Azərbaycandan olan sahibkarlar üçün də olduqca cazibəlidir. Məhz buna görə də, son dövrlərdə bu sahədə müəyyən artım müşahidə olunur.