2026–2030-cu illəri əhatə edən yeni Çərçivə sənədi Azərbaycan–BMT tərəfdaşlığında yeni mərhələdir - Ceyhun Bayramov
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Bakıda BMT-nin yaranmasının 80 illiyinə həsr olunmuş tədbirdə çıxış edib. Nazir çıxışında Azərbaycanın çoxtərəfli diplomatiyaya, beynəlxalq əməkdaşlığa və BMT Nizamnaməsində əks olunan prinsiplərə sarsılmaz sadiqliyini vurğulayıb.