Britaniya şirkəti Oman sahillərində neft sızmasının qarşısını almaq üçün əməliyyata başlayıb
Britaniyanın “Ambrey” şirkəti Oman sahillərində saya oturmuş “Caroline Bezengi” neftdaşıyan gəmisinin xilas edilməsi əməliyyatına başlayıb. Əsas məqsəd gəmidən dənizə yayılan neftin qarşısını almaq və gəmini sabitləşdirməkdir. Mütəxəssislər Oman Hərbi Hava Qüvvələrinin köməyi ilə gəmiyə qalxaraq onun vəziyyətini qiymətləndiriblər. Əlverişsiz hava şəraiti xilasetmə və neft sızmasının qarşısının alınması işlərini çətinləşdirir. Peyk görüntüləri neftin geniş dəniz ərazisinə yayıldığını göstərir. Sızma qorunan dəniz ərazilərində yaşayan canlılar üçün ciddi təhlükə yaradır. “Caroline Bezengi” iyunda baş verən partlayışdan sonra zədələnərək Əl-Qibliyyə adası yaxınlığında saya oturub. Mütəxəssislər gəminin batacağı və bütün yükünün dənizə axacağı təqdirdə ağır ekoloji fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.
Misirin Dəmiyət limanında qaz tankerinə pilotsuz uçuş aparatı ilə zərbə endirilib
Misirin Dəmiyət limanında ABŞ-a məxsus qaz saxlama tankerinə pilotsuz uçuş aparatı ilə hücum edildiyi bildirilir. Ambrey şirkəti tankerin zərbə aldığını açıqlayıb. Inchcape şirkəti isə limanda iki qaz tankerində yanğın baş verdiyini bildirib. Hadisənin səbəbləri və mümkün itkilər barədə rəsmi məlumat verilməyib. Hücumun məsuliyyətini hələlik heç kim üzərinə götürməyib. Araşdırmalar davam edir.
İran Hörmüz boğazında neft tankerini saxlayıb
İranın “İslam İnqilabı Keşikçiləri Korpusu” Hörmüz boğazında Marşall adaları bayrağı altında üzən “Talara” adlı neft məhsulları tankerini saxlayaraq İran sularına aparıb. Bu barədə dəniz təhlükəsizliyi mənbələri məlumat verib.