ABŞ-Səudiyyə münasibətləri strateji və iqtisadi cəhətdən dərinləşir
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi və Baş naziri Məhəmməd bin Salmanla görüşüb. Səfər Səudiyyə-ABŞ münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir və iki ölkə arasında müdafiə, nüvə enerjisi, texnologiya və investisiya sahələrində genişmiqyaslı əməkdaşlığı əhatə edir.
Vəliəhd Şahzadənin ABŞ səfəri strateji tərəfdaşlığı gücləndirir- Səudiyyə höküməti
Vəliəhd Şahzadə və Baş nazir Məhəmməd bin Salmanın ABŞ-yə səfəri iki ölkə arasında müxtəlif sahələrdə strateji tərəfdaşlığı daha da möhkəmləndirməyə xidmət edir və regionda təhlükəsiz və sabit gələcək üçün ortaq vizyonu dəstəkləyir.