7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Vəliəhd Şahzadənin ABŞ səfəri strateji tərəfdaşlığı gücləndirir- Səudiyyə höküməti

Vəliəhd Şahzadə və Baş nazir Məhəmməd bin Salmanın ABŞ-yə səfəri iki ölkə arasında müxtəlif sahələrdə strateji tərəfdaşlığı daha da möhkəmləndirməyə xidmət edir və regionda təhlükəsiz və sabit gələcək üçün ortaq vizyonu dəstəkləyir.

19 Noyabr 2025 02:00
Vəliəhd Şahzadənin ABŞ səfəri strateji tərəfdaşlığı gücləndirir- Səudiyyə höküməti

BAKI, AzerVoice, Orxan Qədirzadə

Səudiyyə Ərəbistanı Vəliəhdi Şahzadə və Baş nazir Məhəmməd bin Salmanın ABŞ-yə səfəri iki ölkə arasında müxtəlif sahələrdə strateji tərəfdaşlığı daha da möhkəmləndirməyə xidmət edir və regionda təhlükəsiz və sabit gələcək üçün ortaq vizyonu dəstəkləyir.

AzerVoice xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Riyadda Kral Salman bin Əbdüləziz Al Səudun sədrliyi ilə keçirilən iclasda deyilib.

Nazirlər Kabineti iclasda Vəliəhd Şahzadəyə Cənubi Koreya Prezidenti Li Cae-myonq və İran Prezidenti Məsud Pezeşkian tərəfindən göndərilən iki məktubu müzakirə edib.

Hökumət, həmçinin, Krallığın regional və beynəlxalq tədbirlərdə iştirakını dəyərləndirərək, Səudiyyə Ərəbistanının Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Daxili İşlər Nazirlərinin 42-ci iclasında təhlükəsizlik çağırışlarına qarşı vahid və inteqrasiya olunmuş yanaşmanın vacibliyini vurğuladığını qeyd edib. Bu yanaşma region xalqlarının təhlükəsizliyinin təmin edilməsi və inkişaf imkanlarının artırılması məqsədi daşıyır.

Nazirlər Kabineti turizm sektorundakı qlobal təşəbbüsləri yüksək qiymətləndirib. Xüsusilə, BMT-nin Dünya Turizm Təşkilatının 26-cı Baş Assambleyası çərçivəsində qəbul olunan “Riyad Bəyannaməsi”nin turizmin daha davamlı və inklüziv gələcəyinə yol xəritəsi olduğu vurğulanıb.

Kabinet həmçinin Vəliəhd Şahzadənin 2026-cı ildə Krallıqda keçiriləcək IV Qlobal Süni İntellekt Sammitinə göstərdiyi himayəni təqdir edib. Bildirilib ki, bu addım Səudiyyə Ərəbistanının innovasiya və rəqəmsal transformasiyanı dayanıqlı və qlobal rəqabətqabiliyyətli bilik iqtisadiyyatı qurulmasının əsas sütunu kimi qəbul etməsinin göstəricisidir.

İclasda, həmçinin, Ər-Riyadda keçirilmiş Rəqəmsal Hökumət Forumunun nəticələri yüksək qiymətləndirilib. Forumda süni intellekt texnologiyaları ilə dəstəklənən yenilikçi və yüksək keyfiyyətli dövlət xidmətlərinin nümayiş etdirildiyi bildirilib.

Nazirlər Kabineti 2024-cü ilin sonuna yerli hərbi xərclərin lokallaşdırılması səviyyəsinin 24,89 faizədək yüksəlməsini də müsbət dəyərləndirib. Bu artımın 2030-cu ilə qədər göstəricinin 50 faizdən çox olmasına zəmin yaratdığı qeyd olunub.

Məqalədə: #İran #Səudiyyə Ərəbistanı #Cənubi Koreya #Məhəmməd bin Salman #Körfəz Əməkdaşlıq Şurası #Riyad #Məsud Pezeşkian #Li Cae-myonq #Salman bin Əbdüləziz Al Səud #Salmanın ABŞ-yə səfəri #BMT-nin Dünya Turizm Təşkilatı #Riyad Bəyannaməsi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

6 Sentyabr 11:30
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Ərəb turizmi

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib

6 Sentyabr 10:45
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.