Ukrayna İsveçdən Gripen E qırıcıları alacaq
Stokholm və Kiyev İsveçin "Gripen E" qırıcı təyyarələrinin gələcək tədarükünə yol açan niyyət məktubu imzalayıblar. Bunu İsveçin Baş naziri Ulf Kristersson Ukrayna lideri Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Kristerssonun sözlərinə görə, söhbət Ukrayna üçün 100-150 ədəd "Gripen E" döyüş təyyarəsinin istehsalı və ixracı üzrə potensial müqavilədən gedir.
NATO liderləri Haaqa Zirvəsinin ikinci günündə bir araya gəldilər
NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin ikinci günündə iclaslar başlayıb. Zirvə Niderlandın Haaqa şəhərində keçirilir və tədbirdə 32 üzv ölkə ilə yanaşı, ortaq ölkələrin liderləri də iştirak edir.