Bu gün COVID-19 pandemiyası Çindən dünyaya yayıldı
2019-cu ilin Yeni İl gecəsi Çinin Uhan şəhərində ilk dəfə etiologiyası məlum olmayan pnevmoniya halları qeydə alınıb. Bu virus daha sonra COVID-19 kimi tanındı və qısa müddətdə qlobal pandemiyaya çevrilərək milyonlarla insanın həyatına son qoydu. Əvvəlcə Uhan Bələdiyyə Səhiyyə Təşkilatı tərəfindən bildirildi ki, bir neçə gün ərzində 44 Çin vətəndaşı bu xəstəliyə yoluxub, onlardan 11-i ağır vəziyyətdə olub. Xəstələr təcrid edilərək Uhan tibbi müəssisələrində müalicə alıblar. Virus sürətlə yayılıb və 2020-ci il yanvarın 20-si tarixindən SARS-CoV-2 kimi tanınaraq Çin hökuməti tərəfindən B sinfi yoluxucu xəstəlik elan edildi. Növbəti illərdə virusun Alfa (Alpha), Beta, Qamma (Gamma), Delta və Omikron (Omicron) kimi beş əsas mutasiyası meydana çıxıb.
Türkiyədə 50 min məhkumun hüquqi statusuna yenidən baxılacaq
Pandemiya dövrü ilə bağlı xüsusi müddəaları da əhatə edən 11-ci Məhkəmə Paketi sabah Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədrliyinə təqdim ediləcək. Yeni hüquqi paket cəzaçəkmə müəssisələrində tətbiq olunan qaydaların yenilənməsini nəzərdə tutur.