Döyüşlər yalnız Ukrayna qüvvələrinin mövqelərdən çıxması halında dayandırılacaq - Putin
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynada hərbi əməliyyatlar yalnız Ukrayna Silahlı Qüvvələri hazırda tutduqları mövqeləri tərk etdikdən sonra dayandırılacaq. O bunu noyabrın 27-də Bişkekdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.