Türkiyə və Kanada müdafiə sənayesində əlaqələri gücləndirir
Kanadanın Baş naziri Mark Karni Ontario əyalətində keçirdiyi mətbuat konfransında Türkiyə-Kanada münasibətləri barədə mühüm açıqlamalar verib. O, Türkiyəni NATO-nun "həyati tərəfdaşı" adlandıraraq, iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığı dərinləşdirmək üçün "nəhəng" imkanların olduğunu bildirib. Baş nazir Karni Türkiyənin dünyanın strateji və bəzən çətin bir bölgəsində mühüm rol oynadığını vurğulayıb. O, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Nyu-Yorkda apardığı danışıqlara toxunaraq bildirib: "Türkiyə ilə ticari əlaqələrimizi dərinləşdirmək üçün bir sıra imkanlarımız var. Müdafiə və nüvə əməkdaşlığı kimi mövzuları da əhatə edə biləcək bu danışıqları davam etdirməyi planlaşdırırıq."
Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı
NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general-polkovnik Aleksus Qrinkeviç Türkiyənin Alyans üçün strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, təşkilatın ən bacarıqlı hərbi liderlərindən bəziləri məhz Türkiyə hərbiçiləridir.